İndoneziyada zəlzələ qurbanlarının sayı 1558 nəfərə çatıb

İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 1558 nəfərə çatıb."Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsi məlumat yayıb.

İdarənin "Twitter" səhifəsində yerləşdirilən məlumata görə, təbii hadisə zamanı 2,5 mindən çox insan xəsarət alıb. 113 nəfər itkin düşüb. Daha 150 nəfər dağıntılar altında qalıb.

Qeyd edək ki, İndoneziyada 6,1 bal gücündə zəlzələ sentyabrın 28-də, səhər saatlarında baş verib. Palu şəhəri yaxınlığında qeydə alınan yeraltı təkanlar böyük dağıntılara səbəb olub.

Daha əvvəl zəlzələ zamanı 1424 nəfərin həlak olduğu bildirilirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar