“ATAMI HEÇ KİM ŞƏRLƏYƏ BİLMƏZ, BƏZİLƏRİ KİMİ 5 ARVAD SAXLAMIR...” - Milyonları talayan məmurun qızı

Bloqqerlik edən  Aysel Şükürova atası Qüdrət Şükürovun Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi vəzifəsindən azad olunmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Aysel instaqramda dünəndən müzakirə olunan mövzuya və ona ünvanlanan suallara cavab verib: “Şəxsi həyatımdan danışmağı sevməmişəm. Amma bəzən məcbur olursan. Bir-iki kəlmə yazıb söhbəti bağlamaq istəyirəm. Bir daha bu mövzuda danışmayacam. Atam fəhləlikdən bu yerinə kimi öz zəhməti ilə gəlib. Kişi kimi insandır. Bəziləri kimi orda-burda 5 arvad saxlamır. Hər kəs bilir ki, ailəsinə bağlıdır. Atamın işdən çıxıb-çıxmamağı barədə heç nə deyə bilmərəm. Həqiqətən də maraqlanmıram. Bizə onun canının sağlığı vacibdir. Yenə yalan xəbərlər yazırlar. Heç kim ölənə qədər işləmir. Atam heç kimin pulunu yeməyib, alnıaçıq və təmiz insandır. Heç kim onu şərləyə bilməz”.

Qeyd edək ki, Qüdrət Şükürov  vəzifəsindən azad edilməsi ilə bağlı jurnalistin sualına  qızı Aysel Şükürovaya çox tərbiyyəsiz bir cavab vermişdi.  Missiya.az saytının əməkdaşı Ayselə “Atanızın və əminizin işdən çıxarılmasına münasibətiniz necədir” sualını ünvanlayıb. Bloqqer isə jurnalisti ağır sözlə təhqir edib.

O, “salam, zəhmət olmasa s…!” yazandan sonra jurnalistə belə də paylaşmağı məsləhət görüb.

Qeyd edək ki, Ayselin toyuna 400 min pul xərclənmişdi. Q.Şükürov da həmin xəbərdən sonra tənqid edilmişdi. Aysel özü də toy xəbərindən sonra bloqqer kimi tanınmağa başladı.

635x100

Şərhlər

Mehdi 2018-10-05 12:10:09

Ele onun evini sen yixdindee.

EJDER 2018-10-05 12:10:09

GUYA QUDRETIN YERINE GELEN YAXWI OLACAQ.EH,BUNLARDAN ADAM OLMAYIB,OLMAYACAQDIR...LAZIM GELER ...DUZELER.EJDER OL CANI

ayzek 2018-10-05 12:10:09

Salam,Qüdrət məllim!Zəhmət çəkib .....?

helime 2018-10-05 12:10:09

Aysel!Eger atan pullar menimsemeyibse( ne edib,ozu biler,himayedarlari biler),sen hansi pullarin hesabina bele firavan,varli heyat qurmusan? "gece-gunduz isleyib,tokduyun alin terinin",yaxsa "qicqiran savadinin" hesabina qazanmisan bu sheraiti? Bir cavab versene.Sene meslehetin -hech olmasa kes sesini ve utan!

Tovuzquwu ... 2018-10-05 12:10:09

Arvad saxlamirsa, her wey tamamdi? O temiz kiwi 400 mini hardan tapib? Yeri qazib cixarmiwdi?

t.ədalət 2018-10-05 12:10:09

Kim oğlunun,qızının toyuna nə qədər xərcləyib,mətbuata çıxarmağın xeyri yoxdur......Oğruların sayı en qədərdir.

G.M 2018-10-05 12:10:09

Bu ``liftyorun`` qızı..atasının qazancı kimi pakdır.Və o qədər harındır ki,halalla,haramı ayrıd edə bilmir.

Səməd 2018-10-05 12:10:09

Namusov Qeyret Vicdan oglu imish ...

Mehdiyə nəzirə 2018-10-05 12:10:09

Bəzən kimisə özümüzə lazım olduğu üçün sevirik. Amma ehtiyac tərsinə olur - biz onlara daha lazım imişik, vaxtında. Atanı çox sevsəydin, qınadığın oğlanı düzgün yola gətirib, boşanmazdın, onu da, atanı da xoşbəxt edərdin. Minlərlə xoşbəxt ailə var ki, min söz-söhbət olsun, bir qadının hesabına ayaqda durur. Arzuna çatdın, gör e İlon Mask da deyirlər Otis liftinin altında qalıb. Nəbioğlu kitab da yazmışdı, heyif ...

Son yazılar