ELDAR HƏSƏNOVDAN AĞAYANA ADDIM - Bakıya gələn kimi, Nardarana getdi...

Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov növbəti dəfə medianın diqqətini üzərinə çəkəcək davranış nümayiş etdirib.

Strateq.az xəbər verir ki, bir neçə gün əvvəl xidməti işiylə bağlı Bakıya gələn Eldar Həsənov Nardaran kəndinə gedərək, keçmiş həmkarı – sabiq respublika prokuroru, Ədalət Partiyasının sədri İlyas İsmayılovu bağ evində ziyarət edib, ona oğlu Etimad İsmayılovun Türkiyədə qətlə yetirilməsi ilə bağlı başsağlığı verib.

Həmin vaxt İlyas İsmayılovgildə olan Strateq.az-ın əməkdaşı müşahidə edib ki, Eldar Həsənovun qəfil ziyarəti son bir neçə ildə hakimiyyətin soyuq münasibətini aşkar şəkildə öz üzərində hiss edən İlyas İsmayılov üçün də gözlənilməz olub və o, bu ziyarətin Eldar Həsənova ziyan vura biləcəyini ona xatırladıb.

Qarşılığında isə Eldar Həsənov belə cavab verib: “Siyasi mövqelərimiz fərqli ola bilər, ancaq el adətinə, milli ənənələrimizə hörmət hər birimizin borcudur. Belə məsələlərdə iqtidar-müxalifət bölgüsü ola bilməz. Bundan başqa da, çoxlarından fərqli olaraq, mən dəqiq bilirəm ki, Siz öz milli təssüb və cəsarətinizlə mərhum Heydər Əliyevi və tərəfdarlarını 1988-ci ildə həbsdən, repressiyadan qoruyan, eləcə də işlədiyiniz müddətdə Prokurorluq sisteminin şərəfini daim uca tutan, ona nüfuz gətirən adamsınız. İndi belə bir gününüzdə də yanınızda olmayacağıqsa, bəs haçan olacağıq?!”

Xatırladaq ki, bu, səfir Eldar Həsənovun İlyas İsmayılova qarşı ilk belə ağayana jesti deyil. Bu ilin 20 martında – İlyas İsmayılovun 80 yaşı tamam olan vaxtda da, çoxlarından fərqli olaraq, ortaya cəsarətli mövqe qoymuş və İlyas İsmayılovu açıq mətnlə təbrik etmişdi.

Oxumayanlar Eldar Həsənovun həmin təbrik yazısı ilə buradan tanış ola bilərlər:

635x100

Şərhlər

Roma 2018-10-05 13:20:04

t.ədalətə, Sizinlə tam razıyam və necə də dəqiq deyirsiniz, /Yas yerinə getmək,kiməsə başsağlığı vermək hər kəsin mənəvi borcudur."Ağayanalıq" söhbətinin heç bir yeri yoxdur.Xəbəri hazırlayan ifrata varıb/.

Hafiz 2018-10-05 13:20:04

Ziyalı sözünü özünə ləqəb götürməzlər. İnsan özü ziyalıdırsa, bu söz həmin insanı özü tapır.

Hafiz 2018-10-05 13:20:04

......... ALLAH İlyas müəllimin oğluna rəhmət eləsin, özünə də səbr diləyirəm.

ziyali 2018-10-05 13:20:04

Kimin kiminse yas yerine getmesini bu qeder reklam etmeyin yeri yoxdur.Bir de ki,kimin yaxinda ve ya uzaqda olmasi eledikleri emellerinin neticesidir.Xususen de beyterifi verenlere:her shey yaxin kechmishde olub axi.........

Abit 2018-10-05 13:20:04

Məgər İlyas İsmayılov xalq düşmenidi?

Rahib 2018-10-05 13:20:04

Kisi anadan kisi doqulmalidir.

Müfəttiş 2018-10-05 13:20:04

E.Həsənov Baş Prokuror işlədiyi müddətdə ədalətli və prinsipial bir insan olub.

Rahib 2018-10-05 13:20:04

Kisi anadan kisi doqulur.

Azer Memmedov 2018-10-05 13:20:04

Kas her kes bu cur eqide sahibi ola!!!dogru bu cur eqideye sahib olanlar olkeden kenardadilar!!!

ayzek 2018-10-05 13:20:04

Eldar müəllimin bir suyu İosif Broz Titoya oxşayır.

Oqtay 2018-10-05 13:20:04

Gör nə günə qalmışıq ki adı kişi hərəkəti bizi təəcübləndirir. Belə kişilərlə millət ucalır

Sənan Ələsgərov Vedili 2018-10-05 13:20:04

Eldar Həsənov və İlyas İsmayılov hər ikisi Kişi adamlardı !!!

Cəmşid Dərələyəzli 2018-10-05 13:20:04

İnsanlıq cücərəndə fərq etmir, sən kimsən və hansı mövqedesən. Kaş Bakıda bu gün görəvdə olan məmurların hamısında bu cəsarət və insanlıq ola idi. Rayon Başçılarında da. xüsusən də Pirallahıya başçılıq edən Vasif İmanovda. Əslində bu hərəkətlər Dövlətə və onun Başçısına ucalıqdan başqa heç nə gətirməz. Əksinə yerlərdə insanlıq itəndə, cənab Prezidentin də gördüyü bunca işlərə kölgə salınar. Ona görə də insanlıqdan nəsibini almayan hər kəsə, Eldar müəllimdən dərs almağa çağırıram. Unutmasın hər kəs ki, vəzifə müvəqqətidir, insanlıq isə əbədi. Ölsən də belə, etmisənsə səni yaşadacaq.

Mirzə AĞ 2018-10-05 13:20:04

Min dəfə MƏRHƏBA, Azərbaycan kübarı!!!

G.M 2018-10-05 13:20:04

E.Həsənov kişi adamdır..Və uzaqgörəndir.İlyas məllimə başsağlığı verməyə cürəti çatmayan vəzifəli tanışları..öz ailəsinə də,övladlarına da xəyanət edənlərdilər.

Səməd 2018-10-05 13:20:04

Mənim İlyas müəllimlə heç bir zaman ünsiyyətim olmasada, Onu KİV-dəki və Parlamentdəki çıxışlarına görə tanımışam. Həqiqətən O, millətin fəxr edəcəyi bir Şəxsiyyətdir. Eldar müəllimin bu hərəkəti milli dəyərlərə, kişiliyə və ziyalılığa qoyduğu hörmətdir.

t.ədalət 2018-10-05 13:20:04

Yas yerinə getmək,kiməsə başsağlığı vermək hər kəsin mənəvi borcudur."Ağayanalıq" söhbətinin burda heç bir yeri yoxdur.Xəbəri hazırlayan ifrata varıb.

Veten dashi 2018-10-05 13:20:04

Lenet olsun o şəxslərə ki,döğru bildiklərini etmək ücün kimdənsə.nədənsə qorxurlar.Ac yaşa kişi kimi yaşa,ölürsənsə öl şərəflə öl. Haqqın.az,Virtual. az saytında şərh əlavə etmək mümkün deyil .Yəqin bilirlər ki söyən cox olacaq o üzdən.Ürəyimdə onlara deyeceyim cox soz var...Bir də ki hec deymir onlar haqqinda danışmağa...

Səbuhi 2018-10-05 13:20:04

Eldar müəllim vətənpərvər və layiqli bir şəxsiyyətdir. Onun İlyas müəllimə başsağlığı verməsi heç də qeyri adi bir hərəkət deyil. Əqidəsi olan hər bir kişi tutduğu mövqedən aslı olmayaraq xeyir şər adət ənənələrimizə hörmətlə yanaşmalıdır. Eldar müəllim doğma vətəninizə xoş gəlmisiniz.

Pisi 2018-10-05 13:20:04

Yeqinki zahid orucnan elman nesirovda geder baxdim yazilara kisi sohbeti gedir deye deyirem onlar ele seylerden qalan deyiller

Son yazılar