NATO İLƏ RUSİYA ARASINDA REAL MÜHARİBƏ TƏHLÜKƏSİ - “Nəyə görə Vaşinqton Rusiya ilə müharibə riskinə girir?”

ABŞ-ın ”The Nation” jurnalı Rusiya ilə NATO arasında real müharibə ehtimalının güclənməsindən bəhs edən məqalə dərc edib. Müəllifləri Katrin Hoyfel və Stiven Koen olan təhlili məqalədə Obama Administrasiyasının Ukrayna siyasəti tənqid edilir. AzPolitika.info “Nəyə görə Vaşinqton Rusiya ilə müharibə riskinə girir?” adlı məqalənin qısa ixtisarla tərcüməsini təqdim edir.

Ukraynada sürətli və ağılagəlməz hadisələr baş verə bilər. Burada söhbət demək olar ki, soyuq müharibədən yox, NATO ilə Rusiya arasındakı real müharibədən gedir. Hadisələrin qaynar mərkəzi Ukraynanın şərq ərazisi olan Donbasdır. Ukraynanın bu rusdilli böyük sənaye regionunu uzun illərdir ki, öz qonşusu Rusiya ilə iqtisadi, siyasi və mədəni bağlar birləşdirir.

“Malayziya Hava yolları”nın “MH17” reysinin faciəyə uğramasından sonra Kiyev hökuməti atəşkəs elan etməklə, beynəlxalq təhqiqat qrupuna qəzanın təhlükəsiz şəkildə araşdırmasına yol açmalı və eyni zamanda da sülh danışıqlarına başlamalı idi. Bütün bunların əvəzinə Kiyev təxirəsalınmadan yaşayış məntəqələrinə hücum edərək, həmin əraziləri rusiyapərəst terrorçulardan təmizləməyə söz verib. Bunun nəticəsində də günahsız insanların da öldürülməsi davam edir.

Baş verənlərə cavab kimi Moskva Donbasın “özünü müdafiə” dəstələrinə ağır silahlar göndərməyə hazırlışır. ”The New york Times “qəzetinin 27 iyul tarixlı nömrəsində Ağ Evin ukraynalılara Rusiya ərazisindəki rus texnikasının dəqiq yeri haqqında məlumat veriləcəyi barəsində məqalə dərc etmişdi. Məqələ müəllifinin fikrinə görə məqsəd Rusiya texnikasının məhv edlməsini nəzərdə tutur ki, bu da “Rusiya ilə birbaşa qarşıdurma” deməkdir. Rusiyanın Ukrayna ərazisini artileriya atəşınə tutmasını tam təsdiq edən dəlillər olmadan Obama administrasiyasının belə bir addım atması çox ciddi eskalasiyanın provakasiya olunacağından xəbər verir.

İşin əslində isə bir neçə aydır ki, Kiyev hökuməti Rusiyaya qarşı Vaşınqtonun əlində marianetkaya çevrilib. Ukraynadakı siyasi böhranın başlamasından indiyədək ABŞ vitse prezidenti Con Bayden (iki dəfə), dövlət katibi Con Kerri və “CİA” (Mərkəzi Kəşfiyyat İdarəsi) rəhbəri Con Bernan Kiyevdə olublar. Onların ardından isə ABŞ hərbi dairələrinin yüksək vəzifəli rəhbərləri dəfələrlə Kiyevə gediblər. Ukraynaya ABŞ hərbi ləvazimatı və maliyyə yardımı göndərilib. ABŞ Müdafiə Nazirliyinin yüksək çinlı məmuru Senat komitəsinə Ukrayna Müdafiə Nazirliyində amerikan hərbi məsləhətçilərinin yerləşdirildiyini bildirib.

Həqiqət ondadır ki, Obama administrasiyasının siyası, iqtisadi və hərbi yardımı olmasaydı Kiyev öz vətəndaşlarına qarşı bu cür müharibə apara bilməzdi. Ona görə ki, BMT nümayəndələrinin məlumatına ğörə, hazırda dinc sakinlər arasında ölən və yaralananların sayı 5000 nəfərə yaxınlaşır. Bu isə artıq hərbi cinayət sayılır.

Hazırda müharibə nəticəsində minlərlə qaçqını olan Ukrayna bankrot vəziyyətindədir. Onun sənaye infrastrukturu dağıdılıb və ölkə siyasi xaos içərisindədir. Əgər doğurdanda Vaşinqton hər hansı bir peşəkar kəşfiyyata malikdirsə, onda deməli onlar Putinin necə reaksiya verəcəyini öncədən görməli idilər. NATO uzun illərdir ki, Rusiya sərhədlərinə tərəf irəlilləyir. ABŞ-ın Ukraynanı NATO-ya qəbul etməklə, bu ölkəni Krım da daxil tam olaraq ələ keçirmək niyyəti var. Ona görə də mart ayında Rusiya qabaqlayıcı tədbir kimi mühüm hərbi-dəniz bazası sayılan Krım yarmadasını özünə birləşdirdi.

Həmçinin, Kremlin nə edəcəyinin öncədən proqnozlaşdırılması mümkün ola biləcək reaksiyası Ukraynanın cənub-şərq zonasındakıüsyan hdisələrini daha da qızışdırdı. Beləliklə də Ukrayna vətəndaş müharibəsinin alovuna büründü ki, bu da öz növbəsində beynəlxalq xarakter ala bilər. Aprel ayından başlayaraq Vladimir Putin və onun xarici işlər naziri Sergey Lavrov daima atəşkəs elan olunmasına çağıraraq, Kiyev ilə üsyançılar arasında danışıqların başlanılmasını təklif edirdilər. Ancaq Kiyev hakimiyyəti Obama administrasiyasına arxalanıb, uzunmüddətli sülhdən imtina edərək bunun yerinə öz vətəndaşlarını terrorist adlandırmağa və onlarla müharibəyə üstünlük verdi.

Hadisələrin tarixi səbəblərinə, geopolitik və daxili xarakterinə görə istənilən Kreml rəhbəri Putin kimi Donbasın Kiyev qarşısında yıxılmasına çətin ki, göz yumardı. Əgər doğurdan da Putin Donbasın müdafiəçilərinə ağır silahlar verərsə, bu Moskvanın bütün diplomatik cəhdlərinin Kiyev tərəfindən geri çevrilməsi səbəbindən olacaq. Ruslar belə alternativ yoldan istifadə etməklə, Ukrayna quru qoşunlarından müdafiə olunmaq istəyən üsyankarların yardımına hərbi-hava qüvvələrini göndərə bilər. Kremldəki sərt siyasi kursun tərəfdarları Putinə deyirlər ki, sabah Krımda döyüşməməkdən ötrü bu gün mütləq Donbasda vuruşmaq lazımdır. Ümumiləşdirilmiş formada isə ən yaxşı fikri “Karnegi Mərkəzinin” Moskva rəhbəri söyləyib. O, bu barədə deyib: ”Bu, sadəcə Ukrayna uğrunda yox, Rusiya uğrunda döyüşdür”.

Əgər hər iki tərəfin davakar siyasi “şahinləri” öz ölkələrində üstünlük əldə etmiş olsalar, onda belə gediş geniş miqyaslı müharibəyə yol açacaq. Bunun qarşısını almaq üçün atəşkəs elan olunmalı və ümumi kartrları hər iki tərəfə də yaxşı bəlli olan Ukraynanın gələcəyi barəsində danışıqlar aparılmalıdır.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar