ABŞ Prezidenti Corc Sorosu ittiham edib

ABŞ Prezidenti Donald Tramp Soros Fondunun rəhbəri Corc Sorosu Ali Məhkəmə sədri vəzifəsinə namizəd irəli sürdüyü Bret Kavanoya qarşı etiraz aksiyalarına maliyyə ayırmaqda ittiham edib.

“Report” TASS-a istinadla xəbər verir ki, o, bu barədə Twitter-dəki səhifəsində yazıb.

D.Tramp namizədliyi açıqlandıqdan sonra etirazçıların B.Kavanonun ofisinə hücum çəkdiyini misal gətirərək onları senatorları mənfi imicdə təqdim etmək üçün Soros və başqalarının tutduqları muzdlu peşəkarlar kimi səciyyələndirib.

Qeyd edək ki, ötən gün ABŞ Konqresinin binalarında hüquq-mühafizə orqanları tərəfindən 300-dən çox nümayişçi saxlanılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar