Bakıda Mahatma Qandinin 150 illiyi qeyd edilib

Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Hindistanın siyasi və ictimai xadimi Mahatma Qandinin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana M.Qandi şəxsiyyətinin, qoyduğu mirasın Hindistan xalqı üçün əhəmiyyətindən danışıb: “Qandi təkcə Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan siyasi xadim deyil. O, milliyyətindən, dinindən asılı olmayaraq bütün insanların azadlığını müdafiə edib. Ümumiyyətlə, haqq-ədalət uğrunda mübarizə aparıb. Hamını, hər kəsi sadəliyə, azadlığa, xeyirxahlığa səsləyib”.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, M.Qandinin yubileyi münasibətilə Bakıda konsertlər, yoqa ustad dərsləri də daxil olmaqla bir sıra tədbirlər keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar