Merkellə Netenyahu nələri müzakirə etdilər? - İran və Fələstin məsələsini

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın kansleri Angela Merkel İsrailə səfəri zamanı ikitərəfli münasibətlər tarixində Baş nazir Netenyahu ilə birlikdə hökumətlərin 7-ci birgə iclasını keçirib.

Birgə mətbuat konfransında kansler İranın Yaxın Şərq bölgəsindəki rolu barədə İsrailin nöqteym-nəzərini dəstəkləyib və Tehranın nüvə silahı əldə edə bilməməsi üçün hər şeyi etməyə çağırıb.

«Biz, İsaillə birlikdə bu nöqteyi-nəzəri bölüşürük ki, İranın nüvə silahı əldə etməsinə imkan verməmək üçün hər şeyi etmək lazımdır. Biz, müzakirələri davam etdirmək niyyətindəyik» - deyə, Merkel «Phoenix» telekanalına danışıb.

Bu zaman kansler qeyd edib ki, bölgədə münaqişəli vəziyyətləri siyasi üsullarla həll etməyə üstünlük verir.

Bundan başqa, Merkel əmin olduğunu bildirib ki, İran öz qüvvələrini Suriyadan çıxartmalıdır,. Çünki o, İsrail üçün təhlükə yaradır.

Kansler həm də Fələstinlə bağlı situasiyaya toxunub və qeyd edib ki, Almaniya Yaxın Şərq probleminin həlli yollarının axtarılması üzərində işləməyi davam etdirəcək - iki dövlətin yaralılması əsasında.

O, fələstinliləri inanırmağa çalışacaq ki, onlar İsraillə sülh danışıqlarına qoşulsunlar. Kansler bu mövzunu şəxsən Fələstin prezidenti Mahmud Abbasla müzakirə edəcəini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar