İLHAM RƏHİMOV SEPARATÇLARI BAKIYA ÇAĞIRIB – FOTO

Dərc olunub: 06/10/2018 - 19:17

256718_res_01Oktyabrın 7-dən 9-dək Bakıda Qara dəniz -Xəzər regionu ölkələri hüquqşünaslarının iclası keçiriləcək. İclasla yanaşı “Beynəlxalq terrorizm və müasir şəraitdə onunla mübarizə” mövzusunda konfrans da olacaq. Bu konfransın təşkilatçısı Kremlə yaxın məşhur Rusiya biznesmeni İlham Rəhimovdur.

Konfransda həmçinin Azərbaycanın sabiq baş prokuroru və hazırda Serbiyada səfiri olan Eldar Həsənovun çıxışı gözlənilir.256719_src

Gürcüstan hökumətinə yaxın mənbələrdən virtualaz.org-a məlum olub ki, konfransda sərbəst və müstəqil nümayəndə heyəti qismində Abxaziya xüsusi xidmət orqanlarının iki əməkdaşı iştirak edəcək, hansılar ki, keçmişdə Gürcüstanda separatçı hərəkatın aktiv iştirakçısı olublar.
Bu konfransda abxaz separatçılarının iştirakı faktı Gürcüstan tərəfini hiddətləndirib və buna görə o, konfransda və hüquqşünasların iclasında iştirakdan imtina edib.


loading...




Fikrinizi bildirin