ABŞ 1968-ci ildə Vyetnamda nüvə silahı tətbiq etmək istəyib

Amerika hərbçiləri Vyetnamda gedən müharibənin qızğın çağında nüvə silahından istifadə etməklə Şimali Vyetnam qüvvələrinə hücum etməyi planlaşdırıblar, lakin ABŞ prezidenti Lindon Conson hazırlanmaqda olan əməliyyatdan vaxtında xəbər tutub və onu dayandırmaq əmri verib.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə üstü açılmış arxiv sənədlərinə istinadən "New York Times" qəzeti yazıb.

Sənədlərə əsasən, 1968-ci ildə Vyetnamdakı Amerika qoşunlarının baş komandanı Uilyam Uestmorlend Şimali Vyetnama hücum üçün Cənubi Vyetnama nüvə silahının göndərilməsini nəzərdə tutan "Fracture Jaw" kod isimli ("Çənənin sındırılması") əməliyyata başlayıb.

Lakin ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Uolt Rostou Uestmorlendin planından xəbər tutub və hazırlanmış hücum barədə dərhal Consonu məlumatlandırıb. Amerika prezidenti də əməliyyatın dayandırılması əmrini verib.

"O, plan üzərində iş getdiyini biləndə, çox məyus olub və məncə dərhal Rostou vasitəsi ilə Uestmorlendə proqramı dayandırmaq barədə əmr yollayıb", - deyə qəzet 36 yaşlı prezidentin kiçik katibi Tom Consonun sözlərini sitat gətirib.

Katib bildirib ki, Lindon Conson Vyetnamdakı müharibənin Çinin də qoşulacağı "genişmiqyaslı münaqişə"yə çevriləcəyindən qorxurdu.

"Conson heç vaxt öz generallarına tam etibar etməyib. O, general Uestmorlendə dərin hörmət bəsləyirdi, lakin müharibənin gedişatını generalların idarə etməsini istəmirdi", - deyə katib qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar