Almaniyada itmiş qadının qalıqlarının tapılması üçün göl qurudulacaq

Almaniyada təxminən 25 il əvvəl bir qadının itkin düşməsinə dair işin təhqiqatı çərçivəsində Aşağı Saksoniya federal torpağının Osterholts rayonu ərazisində yerləşən Tityenze gölünun quruldulması üzrə işlərə başlanılıb.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə yerli NDR telekanalı məlumat yayıb.

Polis 1993-cü ildə itkin düşmüş qadının qalıqlarını və cinayət alətini gölün dibində tapacağını ehtimal edir.

Yerli polisin qiymətləndirməsinə görə, gölün qurudulması 3-5 gün vaxt aparacaq və əməliyyat zamanı qonşuluqda yerləşən Vezer gölünə 35 milyon litr su vurulacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar