Gəncədə 20 gün əvvəl itkin düşən 52 yaşlı qadın Bakıda tapıldı

Gəncədə itkin düşən qadın tapılıb.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sentyabrin 15-də itkin düşən Gəncə şəhəri, 3-cü mikrorayon, bina 27, mənzil 18-də yaşayan 1966-cı il təvəllüdlü Novruzova Məlahət Novruz qızı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları M.Novruzovanı Bakıda tapıblar.

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Qeyd edək ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yaşayan Vidadi İsayev şikayət ərizəsi ilə polisə müraciət edərək, sentyabrın 15-də həyat yoldaşı, 1966-cı il təvəllüdlü Məlahət Novruzovanın evdən çıxaraq bir daha geri qayıtmadığını bildirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar