“BU YAZILARIN SİFARİŞÇİLƏRİ RÜŞVƏTƏ, KORRUPSİYAYA BULAŞMIŞ ŞƏXSLƏRDİR” - Professordan sərt cavab

“Artıq UNEC brendi ilə dünyada tanınan İqtisad Universitetini yenidən “Narxoz”a çevirmək cəhdləri boş xülyadan başqa bir şey deyil”

"Görünür mənim Polşadakı Forumda çıxışım yalnız erməniləri deyil, onların havadarlarını da, hətta burda da kimlərisə narahat edib"

Tanınmış iqtisadçı alim, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovun “AzPolitika.info”ya müsahibəsi geniş ictimai reaksiya doğurub. Professorun müsahibəsində elmi fəaliyətin təşkilində, təhsildə qarşlaşdığımız problemlərlə bağlı səsləndirdiyi fikirlər, irəli sürdüyü bir sıra təkliflər elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Ölkə həyatının müxtəlif sahələrində olduğu kimi elm və təhsil sahəsində də islahaların həyata keçirilməsinin zəruriliyini vurğulayan, bununla bağlı inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməyi təklif edən, köhnə streotiplərdən uzaqlaşmağa çağıran Z.Məmədovun açıqlamalarından təbii ki, narahat olanlar da var. Hətta artıq Z.Məmədova qarşı “hücum” da təşkil olunub.

Bununla bağlı “AzPolitika.info”ya açıqlama verən professor Zahid Məmmədov bildirdi ki, onun müsahibədəki fikirləri ölkədə elmin inkişafına çalışan, bu istiqamətdə fəaliyyət gostərən insanların ortaq mövqeyini əks etdirir: “Buna görə də müsahibədəki fikirlərim ən yüksək səviyyələrdə rəğbətlə qarşılanıb. Ancaq mütərəqqi düşüncəyə, yeniliklərə qarşı daim müqavimət göstərənlər olub, bu gün də var. Belələri saytlardan birində saxta ad altında şəxsimə, fəaliyyət göstərdiyim universitetin rəhbərliyinə qarşı səviyyəsiz şəkildə fikirlər səsləndiriblər. Belə iftira dolu yazının “müəllifini” də alim, hansısa akademiyanın üzvü kimi təqdim ediblər. Ancaq nə elə bir alim var, nə də elə bir akademiya. Bütün alimlər barədə məlumatlar “Google Scholar”da var. Axtarışa verin görək Rüstəm İbadov adlı bir alim qarşınıza çıxır? Əgər yazının müəllifi saxtadırsa, işindəkilər nə ola bilər- hamısı iftira, yalan, böhtan.”

Zahid Məmmədov bildirdi ki, bu cür yazıları sifariş edənlərin məqsədi elmdə həyata keçirilən islahatlardan narahat olmalarıdır: “Təsəvvür edin, Sizin saytda müsahibə gedəndən 2 saat sonra belə bir iftira dolu yazını dərc edirblər. Həm də guya Moldovada yaşayan “alimin” adından. Sual olunur, mənim Azərbaycan elminin inkişafına dair fikirlərim Moldovada yaşayan hansısa “alimi” niyə belə narahat edib ki, bu cür “operativ” reaksiya verib? Unutmasınlar ki, saxta adlar altında başqalarına iftira atmaq cinayətdir, əxlaqsızlıqdır.”

Profesor qeyd etdi ki, onu tanıyan hər kəs həmin məqalədə yazıların böhtan olduğunu görə bilər: “Mən 1988-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində işləyirəm. Hörmətli professor Ədalət Muradov 2014-cü ildə rektor təyin olunub. Həmin yazıda isə Ədalət müəllimin məni universitetə işə gətirdiyi iddia olunur. Bu necə olur? İftira deyilmi?

Sonra mənim adım Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) keçmiş rəhbəri Vəli Hüseynovla əlaqələndirməyə çalışılır. Əvvala, mən 2008-ci ildən 2012-ci ilə qədər Prezident yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat üzrə Ekspert Şurasının sədr müavini olmuşam. Yəni, Vəli Hüseynovdan əvvəl işləmişəm. Vəli Hüseynov AAK-ın rəhbərliyinə gəldikdən sonra orada işləməmişəm. Bu da mənim Vəli Hüseynova yaxın olduğum barədə iddiaların da yalan olduğunu göstərir.

İkincisi, Prezident yanında Ali Attestasiya Komissiyasının hazırki sədri hörmətli Famil müəllim Mustafayevin elmi işi məhz bizim dönəmdə Ekspert Şurasından keçib. Yüksək səviyyədə yazılmış bir işi idi. Famil müəllim özü də çox yüksək intelektə malik, savadlı və bacarıqlı bir alimdır. Mənim çox yüksək dəyər verdiyim dostumdur, qabiliyyətinə inandığım bir insandır. Ona görə də mənim fikirləırimin professor Famil Mustafayevə qarşı olduğunu iddia etmək absurddur, böhtandır.

Üçüncüsü, inkişaf etmiş ölkələrdə, Avropa dövlətlərində və hətta artıq Rusiyada universitelərə elmi adların, dərəcələrin verilməsində avtonomluk, müsəqillik verilir. Biz də bunu təklif edirik. UNEC-də aparılan islahatar universitetimizi dünya elmin müasir trendlərinə uyğun yenidən qurulmasına yönəlib. Bu zaman güclü universitet qurmaq istəyiriksə, Avropada, Rusiyada universitetlərə verilən səlahiyyətlər bizdə də verilməlidir. Bu çox mütərəqqi bir təklifdir, biz alimlərin arzusudur. Bütün dünyada güclü universitetlər öz brendləri ilə tanınır. UNEC-in də ana məqsədəlrindən biri məhz öz brendi ilə dünyada tanınmaqdır. UNEC əgər dünya səviyyəli Universitet olmağa idda edirsə, alimlərinə də özünün elmi dərəcələr vermək səlahiyyəti olmalıdır. Niyə UNEC- in professoru, UNEC-in dossenti olmamalıdır?”

Dördüncüsü, müsahibəmizin böyük bir hissəsi Polşada mənim iştirak etdiyim Foruma həsr olunub. Hansı ki, həmin Forumda mən Ermənistanın təcavüzkar siyasətini kəskin bir şəkildə tənqid etdim. Orada Ermənistan Strateji Araşdırmalar Mərkəzinin direktoru, bu ölkənin keçmiş baş naziri Baqratyan da iştitrak edirdi. Şərq Tərəfdaşlıq Proqramının direktoru olan Polşanın xarici işlər nazirinin, Estoniyanın, Gürcüstanın xarici işlər nazirlərinin, Avropa Birliyinin rəsmilərinin iştirak etdiyi bir tədbirdə mən Ermənistanın işğalçılıq siyasətini ifşa etmişəm. Ermənistanda hakimiyətin uzun illər terroristlərin əlində olduğunu bəyan etmişəm. İşğalçı bir dövlətin Şərq Tərəfdaşlıq Proqramınında partnyor adlandırılmasının qəbuledilməz olduğunu bildirmişəm. Azərbaycanı, Azərbaycan dövlətinin apardığı siyasəti, iqtisadi islahatlar, enerji təhlükəsizliyi sahəsində görülən işləri çox yüksək səviyyədə təqdim etmişəm. Görünür bu yalnız erməniləri deyil, onların havadarlarını da, hətta burda da kimlərisə narahat edib. Ermənistanı dəstəkləyənlər, onları havadarlarının burdakı əlaltıları mənim çıxışımdan narahat olublar. Yoxsa niyə məmim Qarabağla bağlı qaldırdığım məsələləri, Ermənistanın işğalçı siyasətinə qarşı səsləndirdiyim fikirləri müzakirə etmək əvəzinə, şəxsimə yönəlik iftiralar səsləndirirlər?!

Təbii ki, yazı sifarişlidir. Arxasında ya ermənilərin havadarları, onların əlaltıları, ya da UNEC-də həyata keçirilən islahatardan narahat olan, vaxtı ilə universiteti bazara çevirmiş rüşvətxorlar, korrupsiyaya bulaşmış şəxslər dayanıb. Hansı ki, bu adamlar zaman-zaman İqtisad Universitetinin rəhbərliyi barədə böhtanlar dərc etdirir, UNEC-də həyata keçirilən islahatlara çamur atmağa çalışırlar.

Hələ də “Narxoz” arzusu ilə yaşayan bu adamlar İqtisad Universitetindəki mütərəqqi dəyişiklikləri həzm edə bilmirlər. Bütün çirkinliklərə son verilmiş, sağlam və şəffaf mühit yaradılmış UNEC-də bu adamlar köhnə əməllərinin davam etdirə bilmədikləri üçün təmiz insanlara iftiralar atır, onları ləkələməyə çalışırlar.

Biz onların kimlər olduğunu əlbəttə, bilirik. Onların vaxtilə İqtisad Universitetində hansı “oyunlardan çıxdıqları”, təpədən dırnaqlarına qədər rüşvətə, korrupsiyaya bulaşdıqları, tələbələrə necə zülm etdikləri də hələ yaddaşlardan silinməyib. Bu adamlar həm köhnə əməllərinin davam etdirməsinə imkan verilmədiyi üçün, həm də hörmətli rektorumuz Ədalət müəllimin rəhbərliyi altında UNEC-də aparılan işlərin ictimaiyyət tərəfindən necə böyük rəğbətlə qarşlandığını görərək, paxılıqdan, həsəddən çıldırırlar.

Ona görə də ağızlarına nə gəldi yazdırır, iftira atmaqdan, əxlaqsızlıqdan belə çəkinnmirlər. Ancaq faydasızdır. Artıq UNEC brendi ilə dünyada tanınan İqtisad Universitetini yenidən “Narxoz”a çevirmək cəhdləri boş xülyadan başqa bir şey deyil. Ona görə də mən bu adamları çirkin əməllərindən əl çəkməyə çağrıram.”

Elman

AzPolitika.info

635x100

Şərhlər

seyda 2018-10-07 15:17:28

salam hami allahin bəndəsidir zəif guclu bos seydir guclu insan varli dovlətli milyonlari olandir .sonradaki ən guclu insan mərhemətli rəhmli xeyirxah insandir

Elsevər 2018-10-07 15:17:28

Niyə bizim televiziyalarımız sifarişlə işləmək buxovlarından azad edilmir?Niyə bütün bu mövzuların geniş kütlə qarşısında müxtəlif düşüncə sahiblərinin iştirakı ilə televiziya kanallarında müzakirəsinə imkan verilmir? Nədən qorxuruq?Axı dünya inkişafın yolunun bu cür müzakirələrdə ortaya çıxarıldığını çoxdan sübut edib.Həqiqəti 1000 il də gizlətsək o bir zaman üzə çıxacaq .

G.M 2018-10-07 15:17:28

Dövreyi qədimdən kişi ləyaqətsizliyi mövcuddur.Qabaqda gedənə ``badalaq``, dalda qalanın başını ayaqlamaq,Ağıllı güclüyə yaltaqlanmaq və.s bu kimi yaramaz sifətli adamıların gizli fəailiyyətləri qaçılmazdır. Təəssüflər olsun ki bu tip adamların sayı artmaqda davam edir.

Timurchin 2018-10-07 15:17:28

Hörmətli GM-ə: “Gəlin irəliləyək” şüarı ilk mövbədə ölkədə sağlam rəqabət mühitinin formalaşmasın tələb edir. Yalnız belə mühit irəlidə və geridə kimin olmasını, kimin idarəçi və kimin idarə olunan olmasını, cəmiyyətin ağıılı və güclülərini müəyyənləşdirə bilər. Ləyaqətin isə cinsi olmur, ayrıca kişilər və ayrıca qadınlar üçün. Dalda gələn qabaqda gedənə badalaq gəlirsə bunu günahkarı daldakının ləyaqətsizliyi, yaxud qabaqdakının səfehliyidir??? Ağıllı və güclü heç vaxt imkan verməzki kimsə ona məqsədli şəkildə yaltaqlansın, yaxud o, səbəbsiz, arxada qalana təpik vursun, bu, sadəcə olaraq ona lazım deyil. “Gəlin irəliləyək” oyununun qaydaları çox sadədir – zəif ya basılıb keçilməlidir, ya da o, özü, könüllü şəkildə çəkilməlidir. Əgər zəif könüllü şəkildə önə keçirsə o, həm zəif, həm də səfehdir. Cəmiyyətdə bu oyunun şərtləri formalaşsa onda qaldırdığınız suallar özü-özünə həllini tapacaq (aradan qalxacaq)

Son yazılar