MAHMUDOVUN VERGİDƏKİ GENERALI DA "ELMƏ GƏLDİ"  - AMEA-da vəzifə verilib

Ən paradoksal olanı isə budur ki, onun dissertasiyasının mövzusu "Korrupsiya ilə mübarizə problemləri"dir

Sonradan ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin başçısı Eldar Mahmudovun işdən çıxarılmasından və bu strukturun yüksək vəzifəli əməkdaşlarının həbsindən sonra növbə başqa nazirliklərin və idarələrin yüksək vəzifə tutan işçilərinə də çatdı. Virtualaz.org xatırladır ki, vəzifəsiz qalan və sonra saxlanılan belə məmurlardan biri Vergilər Nazirliyi Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi və Eldar Mahmudovun ən etibarlı adamlarından biri kimi tanınan general Vidadi Məmmədov oldu.

O, faktiki olaraq MTN-in Vergilər Nazirliyindəki nümayəndəsi sayılırdı.

Və təsadüfi deyil ki, Baş prokurorluq tərəfindən MTN əməkdaşları ilə bağlı qaldırılmış cinayət işi üzrə istintaqa ilk növbədə məhz o cəlb olundu.

Ancaq heç iki il keçmədi və V.Məmmədovun adı Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçilərinin siyahısında peyda oldu.Virtualaz.org-un məlumatına görə, cərimələnmiş vergi mütəxəssisi AMEA-nın ümumi məsələlər üzrə direktor müavini vəzifəsinə düzəlib, bundan başqa, onun adı Akademiyanın Arxitektura və İncəsənət İnstitutunun fəlsəfə doktorları arasında hallanır. Ən paradoksal olanı isə budur ki, onun dissertasiyasının mövzusu "Korrupsiya ilə mübarizə problemləri"dir.

Nə demək olar, korrupsiya ilə mübarizə yolunda hansı problemlər ortaya çıxa bilər və ən əsası, onları necə yaratmaq olar məsələsində general V.Məmmədov heç də şayiələrə görə məlumatlı deyil...

Öz gələcək elmi işinin mövzusunun dərinliyinə o hələ sovet OBXSS-ində nüfuz etməyə başlamışdı, Vergilər Nazirliyində isə həmin biliklərini cilalandırdı. Özü də Eldar Mahmudov kimi istedadlı, bu problemlərin mahiyyətini dərindən bilən elmi rəhbərin himayəsi altında...

Sayt yazır ki, şayiələrə görə, Vidadi Məmmədov bir sıra ciddi qeyri-qanuni hərəkətlərə baxmayaraq, MTN işi üzrə həbsdən qaçmağa güclü himayəçinin sayəsində  müvəffəq olub. Vergi generalını ittiham edilənlərin içərisindən çıxarmaq üçün çox çalışan Elmir Şirinovun isə hazırda  Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin müstəntiqi olduğu bildirilir.

Görünür, qalmaqallı ifşaların kölgələri yenidən maddiləşdirilirlər...

635x100

Şərhlər

vergi ödəyicisi 2018-10-07 19:05:47

GÖRÜN ELM NƏ GÜNƏ DÜŞƏCƏK.yaman olur halımız səhv düşəndə yerimiz.

fuad 2018-10-07 19:05:47

ele yazisiniz ki guya basqa yerde rusvet yoxdur.oz yazdiginiza ozunuzun gulmeyi gelmir

Pisi 2018-10-07 19:05:47

Burda paradoksal hecne yoxdu kisi duz yazibda elmi isini.korrupsiyayla mubarize nece aparilir rusvet alani dovlet orqani tutur sonra onnan rusvet alib buraxir.birdeki bizim belamiz rusvet deyil cenablar monopoliyadi rusvet yigissa bele monopoliya onnanda beter birseydi.2ci de yeni deb yaranib her gelen yeni nazir 10 ilin 20 ilin mutexessisini atir bayira ki men ozumle dostlarimi telebe yoldaslarimi getirmisem.misal ucun emek nazirliyi yeni genc daydayli qizlari getiribler isden anlayislarida yox hamisida bahali masinlarla gelir ise.butun gun kolidorlarda pencerenin qabaginda vatsapa qoymaq ucun selfi cekdirirler

işçi 2018-10-07 19:05:47

Belələrinin elmi rüşvət,fırıldaq olduğundan elmi işləri də plaqiat olur.Onsuz da Elmlər akademiyasını elmsiz ediblər.Oraa hər cür yoldan ötənə rast gəlmək olur.Bu da onlardan birisi.Onsuz da Elmlər Akademiyasını kormuşkaya çeviriblər.Heyif oraya xərclənən büdcə vəsaitindən.EA Naxçıvanlılara veriləndən sonra orada fundamental işlərə rast gəlinməyib.Ora yalnız bir qrupun koruşkasına çevrilib.

muzaffar 2018-10-07 19:05:47

AMEA çoxdan cərimə batalyonuna cevrilib.Bir müddət əvvəl də "ünlü" akademik Əli Abbasov AMEA prezidentinin müşaviri təyin olunmuşdu. Bir qurumun başında 86 yaşlı adam dura, ora kim nə istəsə edəcək. Əsas məsələ gözə kül ufurməkdir. Festivallar, bölücülüyə gətirən adlı mükafatlar, dünyanın o başında ev tikmək. AMEA-da da idmanda tətbiq olunan -legionerlər tətbiq olunur. Guya bununla ölkə elmi inkişaf edir, kimsə faydalanır. Sonsuz sayda xaricilərlə məqalələr, cihaz alışında maxinasiylar və s.

EJDER 2018-10-07 19:05:47

EWWI,YAXWI HOKUMETDI.YE ,DAQIT SONRADA KI,GET ELMI IWLE MEWGULN OL,EJDER OL CANI.ESAS INKIWAFDU...YAVAWDAMAQ OLMAZ .ALIMLERIMIZIN DE SAYI COXALIR

G.M 2018-10-07 19:05:47

Vidadikimilərin həyat fəailiyyəti Bəşəriyyətin xərçəng xəstəliyidir.Bu adamın bütün varlığı tanıyanlar bilir ki,nələrdən keçib.Vergilərdə elə bir iş adamı yoxdur ki,``Vidadinin toruna`` düşməsin.Daha sözüm yoxdur.əslində bu adamı təqdim etməyə uyğun söz tapmaq çətindir.

Veteran 2018-10-07 19:05:47

Parodoksal tekce bu deyil. Bunun kimilerinin 99,9 % vezife sahibi olan kimi hamisina tezeden oxumaq hevese gelir. Ozde nece iwdirse ele yene 99,9% BDU- nun huquq fakultesini bitirir ve axirda da 99,9 % alim olur!!!

Son yazılar