ABŞ qırıcıları Ukraynada! - Beynəlxalq təlimlərdə iştirak edəcəklər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Hərbi-Hava qüvvələrinin (HHQ) F-15 və S-130 təyyarələri Ukraynaya gəliblər. Onlar beynəlxalq «ClearSky2018» («Təmiz səma - 2018») təlimlərində iştirak edəcəklər.

ABŞ-nın Ukraynadakı səfiriyinin «Tvitter»ində deyilir ki, təlimlərin məqsədi «sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi»ndən ibarətdir və oktyabrın 8-dən 19-a qədər davam edəcək. ABŞ-dan savayı təlimlərdə Böyük Britaniya, Belçika, Danimarka, Estoniya, Niderland, Polşa və Rumıniya da iştirak edəcək.

Ukrayna müdafiə nazirliyinin (MN) məlumtına görə, tədbirin gedişində təyyarələrin 330 uçuşu planlaşdırılır. Təlimlərə 700 hərbi qulluqçu qatılacaq.

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2018-10-07 23:32:01

Sülhün ən böyük düşməni olan ABŞ "sülhün və təhlükəsizliyin müdsfiəsi" təlimləri keçirir.Çox Gülməlidir.

Son yazılar