“NORMAL ADAM OLSAYDI...” - Vahid Əhmədov Rüfət Aslanlı haqda

Deputat Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləın iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.

Modern.az-ın məlumatına görə, iclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda cənab prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edilib.

“Vaxtında biz bu Palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar bizim əleyhimizə çıxış etdilər. Ancaq biz haqlı idik. Bu Palata iki ildir ki fəaliyyət göstərir. Ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alışovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki -üç dəfə İbrahim müəllimlə danışıram”-deyə Vahid Əhmədov bildirib.

Deputat söyləyib ki, yeni rəhbərliklə müəyyən məsələləri müzakirə edə bilirlər.

“Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi, çaxır buraxır. Üstünə adını yazdırır. 65 min manat maaşı da özün alır (Rüfət Aslanlını nəzərdə tutur-red). Bu harda görülüb ki? Normal adam olsaydı, normal işləyərdi”.

635x100

Şərhlər

işsiz 2018-10-08 11:40:41

NORMAL ADAMI İŞƏ GÖTÜRMÜRLƏR. GƏRƏK RÜÇVƏTİ TALANI, NADANLIĞI, OĞURLUĞU, NSANLARA PİSLİK ETMƏYİ ÖZÜNDƏN YUXARIYA QOYUN KİMİ ƏYİLMƏYİ,AŞAĞIYA İSƏ CƏLLAD OLMAĞI BACARANLARI İŞƏ GÖTÜRÜRLƏR. YƏNİ MƏNFİ KRİTERİYALI İNSANLARI.ONLAR DA KİMLƏRDİR ƏHALİ ARTIQ BİLİR.

Pisi 2018-10-08 11:40:41

Zalim oglu qoy hec olmasa bir hefte kecsin qapi pusdu kimi prezidentin serencam fermanlarini gudursen biri vezifeden ixan kimi seheri gun sennen zahid oruc basliyirsiz dosemeye

Veteran 2018-10-08 11:40:41

Bu Aslan hele iwlediyi dovrde bir defe burda yazmiwam, oxuyanlar yeqin ki, xatirlayar. Onun yagiwli havada mawindan iw yerine nece muwaiyet edildiyini gorende teeccubumden yerinde dayandim. Hec prezidentimizi yagiwdan bu cur qorumurlar ki, Aslani yagiwdan bele qoruyurdular. Elbette ki, bu cur veziyeti o ozu yaratmiwdi. Bu gormemiwlikden ireli gelir. Gorub-goturmuw insan hec bvaxt reva bilmez bele duwuk hereketleri.

EJDER 2018-10-08 11:40:41

HANSI NAZIRLIKDE NORMAL ,DUZGUN ,EMELLI NAZIR ,MEMUR IWLEYIR.HIYY...BULARDAN MEMUR ,OLMAYIB,OLMAYACAQDA,EJDER OL CANI.MONOPOLIYA,KORRUPSIYA OLAN MEMLEKETDE HEC VAXT INKIWAF OLA BILMEZ

--- 2018-10-08 11:40:41

Rüfət Aslanlı evində rahat oturub bizə gülür və deyir: "Ay yazıqlar öz dərdinizi cəkin. Mənə yaradılan imkanlardan nəvə-nəticəmə də catacaq..."

sual 2018-10-08 11:40:41

«...İbrahim Alışovla... elə vaxt olur ki, həftədə iki-üç dəfə danışıram»….....Vahid bəy, cəmi 2-3 dəfə, bəs niyə belə az???....)))) bank sektorunun iki dərin bilicisi, iki dərin intellektual müzakirə etməyə söhbət tapmır???....))))) Heç olmasa müzakirə etdiyiniz suallar barədə məlumat verin, bəlkə biri-birinizdən hal-əhval tutmusuz....)))))))))

S.H. 2018-10-08 11:40:41

Cox hormetli Vahid muellim! Duzdu ki, bizim dovletimiz xalqimizi temsil edir? Artiq bu fikir menim ucun aksiomadir! Eger bu dovlet Xalqindisa niye xalqin menafeyin mudafie etmir. Azerbaycan manatini beyem biz devalivasiya etmisik? Allahsizlar qeti xalqa komek etmedi! Demeli yerin yiyesi yoxdu. Ne edek? Derdimizi demeye bir kisi yoxdu. Sozume gore uzr dilerem. Sohbet fizioloji kisilikden getmir. ...! Bilirem elinizde elac olsaydi Xalqa komek ederdiz, sizin gunahsizsiz. ...

Abdulla 2018-10-08 11:40:41

Yoldaş iqtisadçı deputat Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv ediləndən bir gün sonra həmin qurumun keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını indi görüb və indi tanıyıb. Nə üçün belədir? Hər bir səlahiyətli vəzifəli məmur bu sualı özü-özünə verməlidir və öz səmimiliyini qiymətləndirməlidir.

Arif 2018-10-08 11:40:41

Ay Vahid müəlim,görmürsünüz ki,normal,savadlı insanlar acından günorta durur? Bu məmləkətdə kiminsə qohumu,millətinin nümayəndəsi olmasan ( ad,soyadı boş burax,onların hamısı pasportlarında ad soyadı 1993-dən sonra dəyişiblər) vəzifə verərlər?Vəzifəlilərin çoxu,təxminən 80-85 faizi milliyəti qarışıq olanlardır.Yoxsa Azərbaycan milləti bu gündə olmaz.Aslanlı da onlardan biri.Özünü yrma! Onların öhdəsindən Allah gəlsin.Gələr inşaalah!Mİsal-Şirəliyev və qızı!

oxucu 2018-10-08 11:40:41

65000 maaş hansı dövlət rəhbəri alır görəsən.Vahid müəllimə bizim çox hörmətimiz var. Hörmətli Vahid müəllim bu məsələ çoxdan gündəmdə idi.Nə üçün bu məsələ ilə indi maraqlanırsız. Bir də DSMF -də olan vəziyyətlə xahiş edirik maraqlanın.Bir dövlət və yaxud özəl müəsisədə işçi işləyib o müəsisə də bağlanıb. İşçi indi pensiyaya çıxmaq istıyir,deyirlər ki ,sənin vaxtı ilı işlədiyin müəsisənin DSMF-na borcu var.Burda bu işçinin nə günühı var ,bəs bu işlə kim məşğul olub borcu kim tələb etməlidir ?

London 2018-10-08 11:40:41

Hmm.normal olmayan adam niye ishe qoturulur ve uzun mutdet o ishde qalir?

Son yazılar