Kamil Vəli Nərimanoğlu Rəsul Quliyevi "vurdu" - "Milli Şuradan getməlidir"

"Vaxtilə Heydər Əliyevi hakimiyyətə gətirən bu qüvvələr heç zaman Azərbaycan xalqının mənafeyinə xidmət edə bilməzlər"

"Düşünürəm ki, müxalifətin özündə də təmizlənmə gedəcək. Adını müxalifət qoyan, hətta Milli Şuranın tərkibində özünə yer eləyən, ancaq seçkidə yetərincə passivliyi bir yana, Milli Şuranın seçki planlarını pozan, okeanın o tayından cürbəcür şüarlarla müxalifətin işinə mane olan şəxslər Milli Şuradan getməlidir."

Bunları Milli Şuranın üzvü, İstanbul Aydın Universitetinin professoru Kamil Vəli Nərimanoğlu “Yeni Müsavat” 9 oktyabrda keçirilən seçkilərlə bağlı müsahibəsində deyib. Professorun nəzərdə tutduğu şəxs, heç şübhəsiz ki, ACP lideri Rəsul Quliyevdir. R.Quliyev 2 aya yaxındır ki, Milli Şuranın üzvü olduğu halda bu birliyə, onun vahid namizədi Cəmil Həsənliyə qarşı açıq kampaniya aparır. Amma onun silah kimi istifadə etdiyi arqumentlər o qədər kəsərsiz, məntiqsizdir ki, kampaniya özünün əleyhinə çevrilib. Ümumiyyətlə, həmişəki kimi Rəsul Quliyevin nə istədiyini anlamaq mümkün deyil.

Kamil Vəli müsahibəsində daha sonra əlavə edib ki, vaxtilə Heydər Əliyevi hakimiyyətə gətirən bu qüvvələr heç zaman Azərbaycan xalqının mənafeyinə xidmət edə bilməzlər.

"Bunu Azərbaycan xalqı birdəfəlik anlamalıdır. Mən isim çəkmirəm, ancaq adını liberal qoyanlar var ki, zülm, zalım yanındadırlar. Xalq onları yaxşı tanıyır. Zalıma qarşı susursansa, bitərəf qalırsansa, demək, ona yardım edirsən, onun tərəfdaşısan. Bu qüvvələr Milli Şuradan təmizlənməlidir. Milli Şura başqa bir biçimdə ola bilər, başqa adda ola bilər. Hər halda bu seçkidən sonra müxalifətin anatomiyası da dəyişəcək. Şəxsən mən Müsavat Partiyası ilə AXCP-nin gələcəkdə yeni bir formulda birləşəcəyinə inanıram."

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar