Yunker Tereza Meyi «yamsılayıb» 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Komisiyasının (AK) sədri Jan-Klod Yunker Brüsseldə öz çıxışına Britaniyanın Baş naziri Tereza Meyi «yamsılayan» rəqs hərəkətləri ilə başlayıb.

Ötən çərşənbə günü Mey, Mühafizəkarlar Partiyasının qurultayında «Abba»-nın mahnı sədaları altında rəqs edib ki, bu da sosial şəbəkələrdə gülüşlə qarşılanıb. «Tvitter» istifadəçiləri Baş nazirin əl-qol hərəkətlərini «sərsəm külək dəyirmanı» və mister Binlə müqayisə ediblər.

Terezanın musiqi sədaları altında hərəkətləri dəfələrlə diqqət predmeti olub. Məsələn, avqust ayında o, Keyptaunda orta məktəb şagirdləri ilə rəqs edib. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndələri zarafatla, abunəçilərə Terezanın və nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovanın rəqs qabiliyyətlərini müqayisə etməyə çağırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar