Şotlandiya Britaniyanın tərkibindən çıxmağa hazırdır! - İkinci referendum olmadan belə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Şotlandiya müstəqillik barədə ikinci referendum keçirilmədən də Britaniyanın tərkibindən çıxa bilər.

Bu barədə Şotlandiya milli partiyasının nümayəndəsi Coan Çerri bəyan edib. Onun sözlərinə görə, belə variant o zaman mümkün olar ki, hakim partiya Britaniyadakı seçkilərdə uğurla çıxış etmiş olsun.

Siyasətçi həm də Böyük Britaniya kraliçasının Şotlandiyanın başçısı ola bilmək hüququndan məhrum edilməsinə və respublikada dövlətçilik formasının dəyişdirilməsinə tərəfdar olduğunu bildirib.

«The Daily Telegraph» nəşrinin yazdığına görə, Çerri eyni zamanda qeyd edib ki, Birləşmiş krallığın tərkibindən çıxmaq barədə qərar «demokratik üsulla» qəbul olunmalıdır. Beləsi təkcə referendumda səsvermə yox, həm də digər «demokratik hadisələr» ola bilər - məsələn, ümumi və birbaşa seçkilər.

Şotlandiyanın müstəqilliyi barədə səsvermə 2014-cü ilin sentyabrında keçirilib. O zaman referendumda iştirak etmişlərin 55,0 faizi muxtariyyətin əleyhinə səs verib.

Həm də krallığın Avropa İttifaqının (Aİ) tərkibindən çıxması barədəki referendumda Britaniyanın digər bölgələrindən fərqli olaraq, şotlandiyalıların 60,0 faizi «Brekzit»in əleyhinə səs verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar