Bakıda sərxoş sürücü qəza törədib

Bakıda Füzuli küçəsində, Bravo marketin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost xəbər verir ki, 90 UV 920 dövlət nömrə nişanlı "Nissan Tida” markalı avtomobillə 90 GP 270 dövlət nömrə nişanlı "Honda” maşını toqquşub. Məlumata görə, "Honda” ötmə əməliyyatı etmək istəyərkən "Nissan”a çırpılıb. Hər iki avtomobilə ziyan dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən avtomobilin sürücüsü və yanında olan sərnişin anlaqlı vəziyyətdə olmayıb. Ona görə onlar avtomobili yol kənarına çəkib ərazini tərk ediblər.

Zərərçəkən avtomobilin sürücüsü yolu boşaltmayıb, əraziyə polisin gəlməsini tələb edib. Nəticədə Füzuli küçəsində sıxlıq yaranıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar