Paşinyan rəqiblərinin biri ilə anlaşdı-memorandum imzalandı

Ermənistanın baş naziri Nikol Paşinyan və “Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Qarik Tsarukyan arasında keçirilən görüş birincinin istədiyi nəticəni verib.Musavat.com erməni mediasına istinadən xəbər verir ki, görüşün yekununda memorandum imzalanıb. Sənəddə tərəflər növbədənkənar parlament seçkilərinin 2018-ci ilin dekabrında keçirilməsi barədə razı olduqlarını təsdiqləyiblər. Seçki prosesində N.Paşinyanın istefaya gedəcəyi halda, “Çiçəklənən Ermənistan”ın baş nazir postuna namizəd irəli sürməyəcəyi barədə öhdəlik götürüb. Tərəflər seçkiqabağı təbliğat kampaniyasında korrekt və qarşılıqlı hörmətə istinad edəcəklərinə söz veriblər. Həmçinin seçkidən sonra birgə əməkdaşlıq məsələləri barədə də razılıq əksini tapıb.

Baş nazir fraksiy rəhbərini hökumət binasında qəbul edib. Onlar ölkədaxili siyasi vəziyyət, həmçinin seçkkiqabağı durumla bağlı geniş müzakirələr aparıblar.

Qeyd edək ki, “Çiçəklənən Ermənistan”, Respublika Partiyası və Daşnaksütuyunun yer aldığı parlament çoxluğu N.Paşinyanın növbədənkənar seçkilərlə bağlı planına sürpriz qərar qəbul etməklə onu çətin duruma salmışdılar. Paşinyan onları sabotajda günahlandırandan sonra həmin partiyaların nazir postunda təmsil olunan nümayəndələri istefaya göndərilmişdi. Bu razılaşma artıq N.Paşinyanın müxalifətdəki qüvvələrdən birini zərərsizləşdirdiyi anlamını verir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar