KONSTİTUSİYA MƏHKƏMƏSİNİN HAKİMİ HƏMKARLARININ QƏRARINA ETİRAZ ETDİ - Dollar kreditləri ilə bağlı qərara xüsusi rəy yazdı

Konstitusiya Məhkəməsi öz rəsmi saytında manatın devalvasiyasından qabaq banklardan dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılmalı olduğu barədə bu günlərdə qəbul etdiyi qərarın tam mətnini açıqlayıb. Və belə məlum olur ki, vətəndaşın devalvasiyadan qabaq dollarla götürdüyü kreditin indiki məzənnə ilə ödənilməli olduğu haqda qərarı Konstitusiya Məhkəməsində heç də yekdilliklə qəbul etməyiblər. Baş prokurorun keçmiş müavini, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov bu qərarın əleyhinə çıxıb və mövqeyini xüsusi rəylə əsaslandırıbVirtualaz.org xəbər verir ki, İsa Nəcəfovun rəyi Konstitusiya Məhkəməsinin saytında

Konstitusiya Məhkəməsi əvvəlcə dollar kreditləri ilə bağlı məsələyə hansı zərurətdən baxılması barədə məlumat verir. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək   Mülki Məcəllənin 422-ci maddəsinin şərh olunmasını xahiş edib. Müraciətdən görünür ki, vətəndaş Gülnarə Rzayeva “Expressbank” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Expressbank” ASC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək bankla aralarında bağlanmış 2015-ci il 9 fevral tarixli kredit müqaviləsinin və həmin müqavilənin icrasının təminatı olaraq bağlanmış ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsini istəyib.

G.Rzayeva iddia ərizəsini onunla əsaslandırıb ki, “Expressbank” ASC ilə onun arasında 2015-ci il 9 fevral tarixində kredit müqaviləsi bağlanıb, həmin müqaviləyə əsasən o, bankdan illik 19 faiz olmaqla, 48 ay müddətinə 102.000 ABŞ dolları kredit götürüb. Kredit müqaviləsi bağlanarkən 1 ABŞ dollarının məzənnəsi 0,78 manat olub, sonradan ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə dəyişərək artıb.

G.Rzayeva Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi (manatın devalvasiyası) ilə əlaqədar müqavilənin ləğv edilməsini xahiş edib.Nərimanov Rayon Məhkəməsi 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddianı təmin etməyib. G.Rzayeva apellyasiya şikayəti verib. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən Mülki Məcəllənin 422-ci maddəsinin tətbiqi ilə bağlı məhkəmələrdə müxtəlif yanaşmaların olmasının və fərqli məhkəmə aktlarının qəbul edilməsinin məhkəmə təcrübəsinin formalaşmasına maneələr yaratmasını nəzərə alaraq Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib.

Və Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edib ki, manatın məzənnəsinin dəyişməsi şəraitin kəskin dəyişməsi kimi dəyərləndirilə bilməz və deməli vətəndaş bankdan krediti dollarla alıbsa onu indiki məzənnə ilə ödəməlidir.

Hakimlərdən  İsa Nəcəfov isə qərarla  razı deyil. “Plenumun qərarına hörmətlə yanaşaraq, təsviri-əsaslandırıcı hissəsi ilə qismən razıyam, nəticə hissəsi ilə isə razı deyiləm. Buna görə də xüsusi rəyimi bildirirəm”-hakim belə yazıb.

Hakim rəyində xarici valyutada kredit götürülməsindən təsirlənən vətəndaşın işi haqda məlumat verir. Rəydə vurğulanır ki, vətəndaş mənzil almaq məqsədilə bankla kredit müqaviləsi bağlayaraq, illik 19 faizlə, 48 aya 102 min dollar kredit götürüb. Vətəndaş borc aldığı vaxt 1 dolların manata nisbəti 0.78, cəmi 12 gün sonra 1.05, bir müddət sonra 1.50, daha sonra isə 1.75 manat olub.

Habelə Isa Nəcəfov bildirir ki, vətəndaşın bu halla bağlı vəziyyəti pisləşib, bağladığı müqavilənin şərtlərinin dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə banka müraciət edib. Lakin razılığa gəlmədiklərindən Mülki Məcəllənin «şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi» adlı 422-ci maddəsini əsas göstərərək bankla bağladığı müqavilənin ləğvini və ya dəyişdirilməsini məhkəmədən istəyib.

Sözügedən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılarkən həmin məhkəmə Konstitusiya Məhkəməsinə müraciət edib və Mülki Məcəllənin bu münasibətləri tənzimləyən 422-ci maddəsinin şərh edilməsini xahiş edib.

İsa Nəcəfov xüsusi rəyində yazır ki, 102 min dollar kredit götürən vətəndaş manatın devalvasiyası nəticəsində banka 190 min manat əsas kredit və 30 min manatadək bank faizi verməlidir.

Ödəmə müddətinin də 4 il olmasını nəzərə alsaq, onda başa düşmək olar ki, kreditorun maliyyə vəziyyəti necə olacaqdır», - o bildirir. Hakim Konstitusiyaya istinad edərək vurğulayıb ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır. İ.Nəcəfov yazıb ki, onun fikrincə, məhz belə konstitusion müddəalar nəzərə alınaraq, Mülki Məcəlləyə 422-ci maddə daxil edilib.

“Sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş kredit borclarını ipoteka borclarından fərqləndirmək lazımdır. Sahibkar daşınmaz kapitala sahib olduğu halda, mənzil almaq üçün ipoteka borc müqaviləsinə girənin daşınmaz kapitalı yoxdur. Kredit münasibətləri bazar iqtisadiyyatında gündəlik iqtisadi münasibətlərdə hakim yer tutan münasibətlərdir. Pul vahidinin məzənnəsinin sabitliyi, eləcə də iqtisadiyyatı inkişaf etmiş ölkələrdə mütəmadi qalxıb düşməsi maliyyə şəraitin göstəricisidir. İnsanların həyat səviyyəsi bundan çox asılıdır. Milli valyutanın kəskin düşməsi həyat səviyyəsinin aşağı düşməsidir», - xüsusi rəydə qeyd edilir.

Xüsusi rəydə 12 bank şəbəkəsinin müflisləşmədən bağlanması, əməkdaşlarının işsiz qalması, on milyardlarla bank kapitalının geri qaytarılmaması xatırlanır. İ.Nəcəfov vurğulayır ki, manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir.

«Vətəndaş bu halda bağladığı ipoteka müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllənin 422-ci maddəsinə əsasən məhkəməyə müraciət etməkdə haqlıdır», - İ.Nəcəfov rəyin sonunda yazır.

635x100

Şərhlər

Mahir Əliyev 2018-10-09 09:07:49

Əgər İsa müəllim iqtidar tərəfindən hazırlanmış layihəni səsləndirmirsə,onu qucaqlayıb öpürəm.Əgər öyrədilmiş şəkildə.güya demokratiya var deyə bu fikri səsləndirməyə məcbur edilirsə onda onun vicdanına şübhə edirəm.

Ismayil 2018-10-09 09:07:49

Eslinde bu qerardan sonra Konstusiya Mehkemesi tam buraxilib, bawina Isa Necefov teyin edilmelidir. Mehkemenin adini Tusi adina Klinikaya dewilmeli, Isa Necefov ise Baw Hekim kimi iwini davam etdirsin.

Mahir Əliyev 2018-10-09 09:07:49

Belə savadlı və xalqa canı yanan hakimi iqtidar ovcunun içində saxlamalıdı.Amma biz əksini görürük.

İqtisadçı 2018-10-09 09:07:49

Hörmətli İsa Nəcəfov haqlıdır, Azərbaycan qanunvericiliyinə görə,ölkədə mal,iş və xidmətlərin alış veriş vasitəsi Azərbaycan manatıdır...ABŞ dolları deyil, ABŞ-da Azərbaycan manatı ilə ipoteka krediti verilə bilərmi ?

antiAbu 2018-10-09 09:07:49

Əsil Əliyevçi, əsil ermənistanlı, əsil insan! Hakim belə olar! Ləyaqətli və xalqını sevən!

SOCARın işçisi 2018-10-09 09:07:49

Çox acınacaqlı haldır. Aуlıq maaşa çalışan ailə 4 ilə 190 min manaтı və уa 102 min dolları necə odəуə bilər? Heç 20-25 ilə də mümkün gorünmür. Məhkəmə əslində sübuт və hal-fakтı üzrə qərar qəbul edə bilər. Krediтin niуə manaтla deуil, məhz dollarla alınması fakтı belə işin qəbul edilməməsinə əsas verib. Nədən iddiaçı bir daha məhkəmə gediş-gəlişinə və xərcə salınır? Xam uşaq xəуallı və уа əks тərəfin ədaləт hüququna məsuliууəтsiz уanaşan vəkillər də az deуilmiş?

Sakit 2018-10-09 09:07:49

Bəs nəticə?Həmin rəyə baxılıb.qərar dəyişdimi?

Famil 2018-10-09 09:07:49

Ehsen.Cox cesaretli ve teqdire layiq addimdir.Cox hormetli hakim tamamile haqlidir!!!

Son yazılar