Şüşəsi bir “Mersedes” qiymətinə… - Aslanlının çaxırı və axırı

“Maison d'Aslanli” çaxırının qiyməti 5000 avro imiş...

Adı vinor (çaxır) qalmaqalında hallanan Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı ilə bağlı ciddi məlumatlar dolaşmaqdadır.

Deputat Vahid Əhdəmov Milli Məclisin komitə iclasında uzun müddətdir ətrafında söz gedən “Maison d'Aslanli” çaxırı ilə bağlı danışıb: “Harada görülüb ki, çaxır buraxasan, üstünə də adını yazdırasan...”.

AzNews.az saytı olaraq “Maison d'Aslanli” çaxırı ilə bağlı kiçicik araşdırma apardıq. Məlum oldu ki, Fransanın “Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən həmin şərabların 3 min avrodan 5 min avroya qədər dəyəri var.

Yerli bazarda bu kimi şərablara rast gəlmək mümkün deyil. Bakıda fəaliyyət göstərən şərab evlərində apardığımız araşdırma zamanı da bunun şahidi olduq. Satıcıların dediklərinə görə, sözügedən çaxır brend olduğuna görə, məmurların rəsmi ziyafətlərində verilir. Bakıda isə demək olar ki tapılmır. Bunu ancaq xüsusi yollarla əldə etmək olar.

635x100

Şərhlər

Dr.AGAOGLU 2018-10-09 00:20:14

Yaxsi oğlana oxşayır.Ayda bu xalqdan,onun razılığı ilə 60 min manat maaş alan adam neynəməlidir ki.Başqa qazanclı məmurlardan fərqli olaraq bu adam pulunu gəlir gətirən şərab biznesine qoyub və bu ad qoymadada qanunsuz bir iş görməyib.Şəffaf fəaliyyətli adamdır.Rəsmi Bakı narazılıq etmirsə,qalan deyilənlərin əhəmiyyəti yoxdur.İRƏLİ....

azad 2018-10-09 00:20:14

BELƏLƏRİNİ BU MİLLƏT GƏRƏK CƏZALANDIRA

azəri 2018-10-09 00:20:14

AYƏ BU MİLLƏTİN QANINI İÇƏNLƏRDƏN BİRİDİR DƏ...

Son yazılar