ŞÜKÜROVA DAHA BİR MADDƏ İLƏ CİNAYƏT İŞİ AÇILDI - ABŞ-dan xüsusi istintaqçılar Bakıya gəlir

““Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb”. “Report” xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Bu ayın əvvəlində “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Bu arada musavat.com-a daxil olan məlumatda iddia olunur ki, ABŞ-dan xüsusi istintaqçılar Azərbaycana gəlməyə hazırlaşır. Xüsusi istintaqçılar Q. Şükürovun korrupsiya pullarını harada, necə əldə etməsinə şahidlik etmiş keçmiş qudası Rafael Əsgərovu dindirməyi planlaşdırırlar.

Eyni zamanda  Q.Şükürovun mal-mülklərini Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların adına keçirməsi ilə bağlı yeni məlumatlar yayılıb. Məlumatlarda  deyilir ki, İlqar Ramazanovla Qüdrət Şükürovun illərdir ki, əlaqələri var. İddia olunur ki, Qüdrət Şükürovun mal-mülkünü İlqar Ramazanovun, onun yaxınlarının adına rəsmiləşdirməsi təsadüfi deyil. Ramazanov Şükürovun “Binə” ticarət mərkəzindəki böyük biznesini idarə edir. Həmin biznesdə onların şəriklikləri olduğu deyilir. Şükürovla Ramazanovun toy-nişan məclislərində, ad günlərində də birgə görünmələri və tez-tez əlaqə saxlamalarının biznes münasibətlərinə söykəndiyi qeyd olunur. Belə tədbirlərdən birində çəkilmiş, Şükürovla Ramazanovun birgə tort kəsmələri əks olunmuş foto da bu iki şəxsin əlaqələrini bir daha təsdiq edir.

635x100

Şərhlər

yengibar 2018-10-09 18:12:18

Ay tövbə, o amerkalılar gəlsə, məmurların hamısını tutacaqlar, vay bizim halımıza! O liftlərin pulunu yeməyən qalıbmı? Hər yerdə Şükürov olmasa da bir Qüdrət var, yeyirlər, dağıdırlar, sökürlər, sonra yükləyirlər Qüdrətlərə! Bu qüdrət hələ neçə il əvvəl Alov qüllələrində sürücüsünün adına hərəsi 2 milyon manata 2 mənzil almışdı. Niyə onda soruşmurdular, ay Qüdrət bu pul hardandır? Axı bu hökumət niyə gəlilər bəyannaməsini tətbiq etmir, hələ doymayıblar?

antiAbu 2018-10-09 18:12:18

Gözlənilən gün gəldi. Qüdrət Şükürov, Akif Məhərrəmov deyil ki, dilini dişinin arasına sıxıb, gedib həbsxanada otursun. Açaqaq sandığı tökəcək pambığı. Niyə də tökməsin! Pulların hamısını niyə o, yeyib? Pambıq töküləndən sonra Prezident, akademik Ramiz Mehdiyevə və Zakir Qaralova, Hacıbala Abutalıbovun 18 illik fəaliyyətini araşdırmaq barədə göstəriş verəcək. Tufan bundan sonra qopacaq. Hacıbalanın əsil sifətini, sədaqətini və s. bundan sonra görəcəklər. Oöurluq malı heç kim yeyə bilmir. Bu bir qanundur!

G.M 2018-10-09 18:12:18

Bu adamın ailəsinə nəzər salmaq kifayət idi ki şükürovun kimliyini dəqiqləşdirəsən.Atanın oğrladığı pullarla özünə bayağı kübar görüntüsü yaradmaqla Reklam olunmaq..seyrək ağılının nümayişi ..İyrənc yanaşmalar..sübut edirdi ki,şükürov kim idi.Maraqlı olan isə başqa məsələdir.bunları kim,haradan tapıb.

Son yazılar