Prokuror dünya çempionuna 7,6 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror U.Orucovun 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, bu il yanvarın 25-də Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov naməlum avtomobillə vurulub. S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən sürücü, Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, U.Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar