«Sizi inandırıram ki, Camal Kaşıkçının İstanbul konsulluğunda itməsi...» - Səudiyyə təkzib edir! 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının (SƏ) Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Haled ben Əbdüləziz bəyan edib ki, itkin düşmüş səudiyyəli jurnalist Camal Kaşıkçının guya, Türkiyədə öldürülməsi barədə xəbər həqiqətə uyğun deyil.

«Əl-Ərəbiyyə» telekanalının məlumatına görə, diplomat «The Washington Post» qəzetinin Ər-Riyad tərəfindən qətlə hazırlıq görülməsi barədəki məlumatını «qalmaqallı» adlandırıb.

«Sizi inandırıram ki, Camal Kaşıkçının İstanbul konsulluğunda itməsi və ya hakimiyyətin guya, onu saxlaması və ya öldürməsi barədə xəbər doğru deyil və heç nəyə əsaslanmır» - səfir bəyan edib.

O, həm də əlavə edib ki, səudiyyə hakimiyyəti müxalif jurnalistlə təmasları onun ABŞ-a köçməsindən sonra da davam etdirib.

«Adətən mən, belə qalmaqallı iddialara cavab vermirəm, xüsusilə də bu, itmiş vətəndaşın - ömrünün əhəmiyyətli hissəsini öz vətəninə xidmətə həsr etmiş birisinin rifahına aid olanda. Aydındır ki, onun krallıqdakı ailəsi, biz də onun üçün narahatlıq keçiririk. Krallıqda Camalın çoxsaylı dostları var, bu sırada mən də varam. Aramızdakı fikir ayrılıqlarına baxmayaraq, Vaşinqtonda olan zaman biz həmişə onunla əlaqədə olmuşuq» - deyə, diplomat bildirib.

Xəbər verilir ki, Səudiyyə Ərəbistanı insidenti araşdırmaq üçün Türkiyəyə təhlükəsizlik xidməti qrupu göndərib.

Xatırladaq ki, səudiyyəli müxalif jurnalist Camal Kaşıkçı - «The Washington Post» qəzetinin ötən il Vaşinqtona emiqrasiya etmiş əməkdaşı oktyabrın 5-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub və bundan sonra «itib».

Türkiyənin NTV kanalının məlumatına görə, konsulluğun əhatə etdiyi ərazidə 150 kamera vasitəsi ilə araşdırma aparılıb. Bu kameralardan ikisində Camal Kaşıkçının konsulluğa daxil olduğu aydın görünsə də, onun binanı tərk etməsi faktı üzə çıxmayıb: “Görüntülərdə konsulluqdan çıxan iki şübhəli maşınla yanaşı,  7 nəfər şübhəli şəxs də müəyyənləşdirilib”. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar