Azərbaycan millisi Farer adalarına yollanıb

Futbol üzrə Azərbaycan milli komandası Farer adaları ilə keçirəcəyi UEFA Millətlər Liqasının III tur oyunu üçün səfərə çıxıb.

“Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından Danimarkanın paytaxtı Kopenhagenə gedib. Komanda oradan Farer adalarının paytaxtı Torshavana uçacaq.

Təyyarədə milli komanda ilə yanaşı, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqovla İsgəndər Sadıqov yer alıblar.

Qeyd edək ki, oktyabrın 11-də “Torsvollur” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar