ABŞ Prezidenti Nikki Heylinin istefasına münasibət bildirib

Donald Tramp ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin istefasına münasibət bildirib.

“Report” “Reuters”ə istinadla xəbər verir ki, ABŞ Prezidenti N.Heylinin hələ 6 ay əvvəl vəzifədən gedəcəyini ona bildirdiyini deyib.

Onun sözlərinə görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi bu ilin sonunda istefaya gedəcək.

D.Tramp həmçinin N.Heylinin Ağ Evdə vəzifəyə təyin olunacağını istisna etməyib: “O, mükəmməl işləyirdi”.

Qeyd edək ki, N.Heyli 2017-ci il yanvarın 27-dən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar