KXDR-nın lideri Roma papasını Pxenyana dəvət edir - Dəvəti Mun Çje İn çatdıracaq

«AzPolitika.info»-qun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR)  lideri Kim Çen In Roma papasını Pxenyana dəvət etmək qərarına gəlib. O, Cənubi Koreyalı həmkarı Mun Çje İndən xahiş edib ki, bu dəvəti Roma papasına çatdırsın.

Cənubi Korpeya Respublikası prezidentinin administrasiyasının nümayəndəsi Kim Iy Gem xəbər verib ki, Çje İn Avropaya səfəri zamanı Roma papası ilə görüşəcək.

«Mun Çje İn gələn həftə Avropaya planlaşdırılan səfərinin gedişində Şimali Koreya dideri Kim Çen Inın dəvətini də Roma papasına çatdıracaq» - deyə, administrasiya nümayəndəsi bildirib.

İlkin məlumata görə, Vatikanın başçısının KXDR-a səfəri 17-18 oktyabr tarixlərində baş tuta bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar