Avtobus dayanacağını anbar etdilər - Fotolar

Abşeron rayonu, Məhəmmədi qəsəbəsi üzrə işləyən 217 saylı marşrut avtobuslarının dayanacağı zəbt olunub.

Bizimyol.info xəbər verir ki, dayancaq anbar kimi istifadə olunur.

Məhəmmədi qəsəbəsinin sakinin sözlərinə görə, yaxınlıqdakı məscid təmir olunur. Təmir işində istifadə olunan materiallar bu anbara qoyulur.

“Bələdiyyə binasından 30 metr məsafədə yerləşən dayanacağa qapı, pəncərə və ona dəmir barmaqlıq qoyub anbar kimi istifadə edirlər. Yay aylarında dayancaqsız da orada dayanmaq mümkündür. Amma yağışlı havada orada dayanıb avtobus gözləmək çətindir”,-deyə sakin bildirib.

"AzPolitika"dan: Qeyd edək ki, Məhəmmədi qəsəbəsi Abşeron rayonunun ən problemli qəsəbələrindən biridir. Belə ki, bərbad yolları, kanalizasiya xəttinin olmaması, köhnə, istifadəyə yararsız marşrut (217 saylı) avtobusuları, soyuq aylarda qazın təzyiqinin olmaması və digər problemlər. Sakinlərin sözlərinə görə, yeni Bələdiyyə sədri qeyd etdiyimiz problemləri həll etmək əvəzinə, özünə dəbdəbəli ofis və həyatyanı sahəsini gözəlləşdirməklə məşğuldur!

Mövzunu diqqətdə saxlayacağıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar