XƏTAİDƏ QANUNSUZ TİKİLİLƏRƏ GÖRƏ İLK HƏBS - Rəis müavini saxlanılıb

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb.

Unikal.org-a daxil olan məlumata görə, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. O, rayonda bir sıra qanunsuz tikililərə görə saxlanılıb.

Qeyd edək ki, Xaliq Məmmədov Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın qohumudur.

635x100

Şərhlər

ali 2018-10-10 11:26:40

Xətainin İcra başçısı Cavanşir küçəsində yaşıllıqları məhv edib.

EJDER 2018-10-10 11:26:40

HANSI ICRA BAWCISI DUZGUN,QANUNLA IWLEYIB.HIYY.YOXDUR...OLMAYIB ,OLMAYACAQDA.HAMI NAQIL DANIWIR.ARTUR MALIM HERDEN, BAWA DUWMESEKDE,NEISE DANIWIDI...HACI BALANINDA SESI CIXMIR.GULUB ,KEYFIMIZ ACILARDI...EJDER OL CANI

Eldar 2018-10-10 11:26:40

Ümumiyyətlə bu razimin özünü həbs eləmək lazımdır. Xətai rayonunu bərbad günə qoydu. Salamat yer qalmayıb hamısını satıb.

turan 2018-10-10 11:26:40

Maraqlıdır..icra başçısı olduğu yerdə MKTB-nin rəis müavininin nə salhiyyəti var ki,tikintiyə icazə versin..

turksoy 2018-10-10 11:26:40

Salam.Cox maraqlidir/Neftciler metrosundan baslayaraq Ukrayna meydanina qeder (8-km bazari yani daxil) butun yasilliqlar (belke de minlerle) dograndive geca ile dasindi. ...Allahdan cekinin

yengibar 2018-10-10 11:26:40

Razim Məmmədovdan başlamaq daha düzgün olardı.

Son yazılar