Azərbaycanda korrupsiya ilə mübarizə... - 100 baldan 17.7...

Dünya Bankı növbəti dəfə dünya ölkələrində korrupsiyanın səviyyəsini və inkişaf dinamikasını təhlil edib. "AzPolitika.info"nun məlumatına görə, bank bununla bağlı "Qlobal idarəçilik indikatoru" adlı hesabatını yayımlayıb.

Bu istiqamətdə araşdırmalar 1996-2017-ci illəri əhatə edir və 6 istiqamət üzrə aparılır ki, bunların da tərkibində korrupsiya ilə mübarizə punktu xüsusi əhəmiyyət kəsb edir. Və təəssüf ki, qurumun rəyinə görə, Azərbaycan yenə də məhz bu istiqamət üzrə xeyli zəif göstəricilərə malikdir.

Belə ki, Dünya Bankının son hesabatında göstərilənlərə əsasən, korrupsiya ilə mübarizənin effektivliyi səviyyəsinə görə, Azərbaycan 100 mümkün baldan yalnız 17.7 bal toplaya bilib. Müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstanda bu göstərici 77.4 baldır və regionda ən yüksək nailiyyət sayılır. Gürcüstan korrupsiya ilə mübarizə səviyyəsinə görə, hətta İspaniya, Çexiya, Polşa, Malta, Xorvatiya və İtaliya kimi Avropa ölkələrini üstələyib.

Beynəlxalq qurumun fikrincə, Ermənistanda bu rəqəm 32.6, Türkiyədə isə 49.5 baldır və Azərbaycan korrupsiya ilə mübarizə səviyyəsinə görə, regionda Rusiyanı üstələyə bilib - 17.3 bal.

Reytinq cədvəlinə isə Yeni Zellandiya rəhbərlik edir. Bu ölkə 100 mümkün balın hamısını toplaya bilib. Finlandiya 99 balla ikinci, Sinqapur 97.6 balla üçüncüdür. Sonuncu yerləri isə Sudan, Somali və Ekvotorial Qvineya kimi ölkələr bölüşür.

Dünya Bankının "İdarəetmə effektivliyi indikatoru" üzrə tərtib etdiyi yeni cədvəldə də Azərbaycan Gürcüstandan xeyli zəif göstəriciyə layiq görülüb. Bu istiqamət üzrə də Gürcüstan Azərbaycan və Ermənistanla yanaşı, İtaliya, Macarıstan və Bolqarıstan kimi Avropa ölkələrini üstələyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar