“MƏN BİLMƏDİM, MƏLUMATSIZ İDİM...” - Mitinqə dəstək verən deputatı peşman ediblər... 

“Mən bilmədim, sadəcə, məlumatsız olduğuma görə elə bir söz dedim və fikrim təhrif olundu”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Qarabağ Komitəsinin noyabrın 24-nə növbəti mitinq elan etməsinə münasibət bildirən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov deyib.

Xatırladaq ki, E.İbrahimov sentyabrın 29-da keçirilmiş Qarabağ mitinqinə gözlənilmədən açıq dəstək nümayiş etdirmişdi.

Növbəti Qarabağ mitinqinin təyin olunması haqda danışmaq istəməyən Eldar İbrahimov sentyabrın 29-da keçirilmiş analoji aksiya haqqında fikirlərinin təhrif olunmasından gileylənib: “Mən bildirmişdim ki, Qarabağ məsələsi mitinqlərlə həll olunmur. Ondan sonra yenə müsahibə verdim və bildirdim ki, cənab prezident hər gün bu işlə məşğuldur. Bu iş dövlət başçıları səviyyəsində həll edilir. Ona görə də mən bu bu barədə müsahibə vermirəm, ehtiyac yoxdur.

Keçən dəfə mən bilmirdim, dedilər ki, icazə veriblər, filandır… Guya başqa şey olacaq. Mən bilmədim, sadəcə, məlumatsız olduğuma görə elə bir söz dedim və fikrim təhrif olundu.

Mən deməmişdim ki, lazımdır, camaat, yığışın gedin… Mən belə ifadələr işlətməmişəm. O, jurnalistin özünün mənim fikirlərimi təhrif eləməyindəndir…

Qısaca olaraq demişdim ki, icazə veriblər, gedib keçirsinlər, amma Qarabağın adına layiq mitinq olsun. Bu sözü demişdim, başqa heç nə. Buna görə həmin jurnalist tənbeh olundu, həmin şey də saytdan çıxarıldı. Çünki mən elə fikir bildirməmişdim”.

635x100

Şərhlər

Vətəndaş 2018-10-10 17:19:33

Mə adamdan da deputat olar?Hələ bir bilmədiyini danışan.Amma belə Milli məclisin də belə deputatı olar.Seçilməyən,təyin olunan deputat isə belə olar.

R-n 2018-10-10 17:19:33

Boyuvu ......

antiAbu 2018-10-10 17:19:33

Mən hesab edirəm ki, bu şəxs müalicə olunmalıdır. Çoxlu sayda gözəl həkimlər var. Onlardan da biri, Hacıbala Abutalıbova diaqnoz qoymuş və onu müalicə etmiş, professor Sotnikovdur. Özünü idarə edə bilməyən şəxs, millət vəkili ola bilməz! Ağlı başında olanda bu şəxs milli lider Heydər Əliyev barəsində xatirələrini danışardı. Bunun da müqabilində özü, ailəsi, qohum əqrabası keyf çəkir. Amma bununla bərabər səhhətə də fikir vermək lazımdır ki, müxalifətlə iqtidarı səhv salmayasan.

--- 2018-10-10 17:19:33

Həqiqətən Sizə acıyıram. Ağsaqqal adamın belə miskin, qorxaq görünməsinə acıyıram. Eldar İbrahimov bu dərdə dözməyəcəksiniz. Qorxudan xəstələnəcəksiz. Allah qorusun , cənab E. İbrahimov, Bir də belə səhv etməyin. Başa düşürəm . İtirəcəyiniz milyardlar var.

Sedaqet 2018-10-10 17:19:33

Xeyirsiz millet vəkili. Qaynida xeyirsiz QAİ ishcisi Reshadet. Butun hamini bexdiribler. Bilmemishdim.... melumatsizidim... yox bir....... bu qeder insan ozunu biyabr eder?

Bir qrup Şuşalı 2018-10-10 17:19:33

Noabrın 24-nə bir aуdan çox qalıb. Bu müddəтə lazım gələrsə, Qarabag hərbi işgaldan azad da edilə də bilər. Həmin gün büтün qaçqınların ümumrespublika miтinqləri gozlənir. Movzu Qarabagın Azərbaуcanа qaутarılmasının hüquqi-siуasi və digər variasiуaları ola bilər.

G.M 2018-10-10 17:19:33

Özünün uydurduğuna inansaq,Mitinqə toplaşanlar əksəriyyəti hafiz hacıyevin tərəfdarları və Qurban bəyin çağırışıyla gələnlər olublar.Yəni hamısı eldar ibrahimovun münasibətini nəzərə alsaq,``xalq düşmənləri``olublar.Yaxşı bəs onda Xalqın Qarabağı hansıdır.Qəhrəman Vətən oğullarının uğurunda həlak olduqları Qarabağ hansıdır.Məlum olur ki,məmur və imkanlı adamların xidmət etdikləri cəbhə də fərqlidir.O Cəbhədə Qarabağ yoxdur.Sadəcə Ayıb olsun.

Son yazılar