Azərbaycanda torpağın üst münbit qatının daşınmasının qarşısı alınıb

Dərc olunub: 10/10/2018 - 21:07

74667e42-1c9f-44b7-8847-13177132d210_640Bəzi vətəndaşlar tərəfindən torpaqların üst münbit qatı qanunsuz olaraq müxtəlif ərazilərə daşınır. Bu isə bir sıra mənfi fəsadlara səbəb olur. Belə ki, üst münbit qatının daşınması torpaqların eroziyaya uğramasına, həmin ərazilərin yararsız hala düşməsinə, torpağın üst münbit qatının korlanmasına səbəb olur. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, son nəticədə bu qanunazidd hərəkət torpaq sahələrinin məqsədli istifadəsinin qarşısını alır, torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır. Belə halların qarşısının alınması üçün Komitə reydlərini davam etdirir.

Növbəti reyd oktyabrın 10-da Qaradağ rayonunda keçirilib. “Meyvəli bazar” adlı kənd təsərrüfatı məhsullarının satış mərkəzinin yaxınlığında, 5 hektara yaxın torpaq sahəsində kvarc qumunun kərpic və sement istehsalında istifadə olunması məqsədilə ağır texnika vasitəsilə daşınması faktı aşkar olunub. Torpaq daşınması ərazidə dövlət nömrə nişanı 32 T 053 olan Ekskvator, 99 XV 053 nömrəli Ford, 99 GO 483, 90 ON 054, 10 JZ 46390 JZ 144nömrəli Şaqman markalı avtomobillər tərəfindən aparıldığı məlum olub. Torpaq daşınmasının qarşısı müfəttişlər tərəfindən görülmüş zəruri tədbirlər nəticəsində alınıb, texnika ərazidə saxlanılıb.

Belə qanunsuzluqların qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsində cərimələr, Cinayət Məcəlləsində isə azadlıqdan məhrum etmə cəzası müəyyən olunub. Torpaqların münbit qatını korlayan fiziki şəxsləri 600 manatdan1 000 manata qədər, vəzifəli şəxsləri 2 000 manatdan 3 000 manata qədər, hüquqi şəxsləri isə 6 000 manatdan 8 000 manata qədər cərimə gözləyir.

“Komitə bu istiqamətdə işləri gücləndirilmiş rejimdə davam etdirəcək. Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı torpaq müfəttişləri tərəfindən mütəmadi monitorinqlər və torpaq reydləri aparılacaq. Həmçinin komitə bu sahədə qanuna zidd hərəkətlərin azaldılması və qarşısının alınması məqsədilə maarifləndirici təbliğat işlərini də genişləndirəcək”, – deyə məlumatda qeyd edilib.








loading...


Fikrinizi bildirin