Dünya demokratiyasının keyfiyyəti təhlükə altında - Reytinq cədvəli

Almaniyanın “Bertelsman” fondunun araşdırmasına görə Avropa Birliyinə, habelə İqtisadi əməkdaşlıq və inkişaf təşkilatına daxil olan 26 ölkədə demokratiyanın keyfiyyəti olduqca aşağı düşüb. Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” qəzeti məlumat yayıb.

Bu təkcə Macarıstan, Polşa kimi problemli qəbul edilən dövlətlərə aid deyil.

Demokraiya reytinqində 9-cu sıranı tutan ABŞ-ın özü belə birdən-birə 9 pillə aşağı düşərək 18-ci pillədə qərarlaşıb.

Yazı müəllifi Torsten Rike ekspertlərin ABŞ-ın reytinqinin düşməsinə əsas məsuliyyətin Donald Trampda olduğunu bildirirlər.

“Mətbuatı düşmən adlandıran, onun müstəqil nəzarət funksiyası daşıdığını qəbul etməyən və inanmayan bir prezident utanc hissi doğurmaqla bərabər, demokratiya və azadlıq üçün təhlükə əxz edir", - Torsten Rike araşdırmada yer alan cümləni yazıb.

Reytinqdə ilk yerləri İsveç, Norveç, Finlandiya və Danimarka tutur.

5-cı sırada Almaniya qərarlaşıb. Lakin buirda da ekspertlər iqtisadi islahatları çətinləşdirən siyasi qütbləşmənin böyüdüyünü qeyd edirlər.

Polşa 2014-cü ildən bu yana 29 sıradan 37-yə düşüb. Macarıstan və Türkiyə isə bu siyahıda 40 və 41-ci yerləri bölüşdürürlər.

“Demokratiyanın imicini aşağı salan səbəblərdən biri də hökumətlərin qərarların qəbulunda vətəndaşları daha az cəlb etməsidir. Bu isə sıravi insanlara öz hədəflərinə çatmaqda çətinlik törədir və ya ümumiyyətlə imkan vermir”,- Rike qeyd edir.

Yazıda Polşa, Macarıstan, hətta ABŞ kim ölkələrdə situasiyaın daha da pisləşməsinin gözlənildiyi qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar