UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırılıb

Dərc olunub: 10/10/2018 - 19:27

897405f8-4b2e-47d2-b94f-9e7a4ca0a3c1UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırılıb.

“Report” UEFA-nın saytına istinadən xəbər verir ki, qurum turnirdə iştirak edən ölkələrin məbləğlərini 50 faiz artırıb.

UEFA A, B, C və D liqalarında yer alan yığmalara müvafiq olaraq, 2.25 milyon avro, 1,5 milyon avro, 1,12 milyon avro və 750 min avro (əvvəlki məbləğlər – 1,5 milyon avro, 1 milyon avro, 750 min avro və 500 min avro) ödəyəcək. Bütün liqalarda qrupda birinci yeri tutan komandalar öz mükafatlarını ikiqat artırmış olacaqlar.

2019-cu ilin iyununda A liqasının qrup qalibləri arasında təşkil olunacaq final mərhələsi üçün mükafat artırılıb. Çempion komanda 6 milyon avro, finalçı 4,5 milyon avro, 3-cü yerin sahibi 3,5 milyon avro, 4-cü yer isə 2,5 milyon avro (əvvəlki məbləğlər – 4,5 milyon avro, finalçı 3,5 milyon avro, 3-cü yerin sahibi 2,5 milyon avro, 4-cü yer isə 1,5 milyon avro) əldə edəcək.








loading...


Fikrinizi bildirin