Gürcüstan hökuməti neft məhsullarına aksiz vergisini azaltmağı planlaşdırmır

“Gürcüstan hökuməti hazırkı mərhələdə neft məhsullarına olan aksiz vergisini azaltmağı planlaşdırmır”.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın maliyyə nazirinin müavini Giorgi Kakauridze jurnalistlərə deyib.

Onun sözlərinə görə, vergiyə düzəlişin edilməsi nəzərdə tutulmayıb: “2019-cu ilin dövlət büdcəsi layihəsinə düzəlişlər zamanı təqdim olunmuş verginin azaldılması ilə bağlı təklif olsa, o zaman biz hər hansı bir verginin azaldılmasını müzakirə edə bilərik”.

Xatırladaq ki, Gürcüstanda parlament azlığı ölkədə yanacağın qiymətinin aşağı salınması üçün neft məhsullarına olan aksiz vergisinin azaldılmasını təklif edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar