Şotlandiya lideri müstəqilliyə çağırış edəcək! - Çıxışı olacaq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Brekzit» danışıqlarının uğursuzluğa düçar olması fonunda Şotlandiyanın birinci naziri Nikola Stercen ölkəsinin Böyük Britaniyadan arılması mövzusunu yenidən gündəmə gətirməyə hazırdır.

Gözlənildiyi kimi, o, özünün Şotlandiya milli partiyasının Qlazqoda keçirilən qurultayında böyük nitqlə çıxış edəcək.

Stercenin nitqinin fraqmaentlərində göstərilir ki, Avropa İttifaqı (Aİ) ilə danışıqlarda Londonun uğursuzluğu Şotlandiyada narahatlıq yaradır.

«Hökumət gündən-günə yeni-yeni uğursuzluqlara məruz qalır - məğlubiyyət məğlubiyyət dalınca... Getdikcə dərinləşən bu fəlakəti müşahidə etmək ağırdır...» - deyə, nazir bildirib.

Onun sözlərinə görə, Şotlandiyanın müstəqilliyi bərabərliyin və ədalətin təntənəsini təmin edəcək.

«Özünün fikirləşin ki, ümidlər nə qədər çox olacaq - o zaman ki, biz, Şotlandiyanın gələcəyini Şotlandiyanın öz ixtiyarına buraxacağıq və müstəqil ölkə olacağıq. Müstəqil Şotlandiya indi olduğu kimi, yenə də proqressiv dəyərlərin - bərabərliyin,  imkanların, müxtəlifliyin və ədalətin yol göstərən olduğu olacaq. Bu gün həmin dəyərlər heç vaxt olmadığı qədər əhəmiyyətlidir» - deyə, Strecen qeyd edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar