Avropa Şurasının Baş katibi Rusiyanı hədələdi! - Üzvlükdən çıxarmaqla...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanı Avropa Şurasının tərkibindən xaric etmək təhlükəsi gözləyə bilər. Avropa Şurasının Baş katibi Turborn Yaqland Avropa Şurası Parlament Assambleyasının payız sesiyasının gedişində çıxış edərkən, belə variantı istisna etməyib.

O, dəqiqləşdirib ki, AŞ nizamnaməsinə görə, əgər üzv ölkə «özünün maliyyə öhdəliklərini yerinə yetirmirsə», o zaman nazirlər komitəsi öhdəliklərin yerinə yetirilməsinə qədər onun üzvlüyünü dayandıra bilər.

«Ona görə də əgər, Rusiya üzvlük haqqını 2019-cu ilin iyun ayına qədər (müddət bu tarixdə başa çatır - red.) Aİ-nın büdcəsinə ödəməyə başlamasa, nazirlər komitəsi nəinki edə bilər, həm də onu üzv ölkələr siyahısından çıxartmalıdır» - deyə, Yaqland qeyd edib.

Xatırladaq ki, Kramın ilhaqı ilə əlaqədar olaraq, 2014-2015-ci illərdə assambleyada Rusiya nümayəndə heyətinin hüquqları məhdudaşdırılıb. 2017-ci ildə Rusiya təşkilatın büdcəsinə üzvlüq haqqı ödəməyi dayandırıb. Nəticədə, 2018-ci ilin əvvəlinə Aİ büdcə defisiti 18 milyon avro təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar