Uqandalı tələbə qız özü özünə ərə gedib! - Valideynlərinin tənəsinə görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Uqanda sakini Lulu Cemima özü özünə ərə gedib. Otuz iki yaşlı tələbəni bu addımı atmağa valideynləri məcbur edib - o, öz qərarı ilə valideynlərini sakitləşdirmək istəyib. Belə ki, onlar qızın hələ də ailə və övlad sahibi olmamasından narahatlıq keçirirmişlər («Daily Mail»).

Qızın sözlərinə görə, valideynlərinin daim sorğu-sualından təngə gəlib. Zarafatyana, qız öz dostları ilə «psevdotoy» təşkil edib. Qardaşı tort bişirib, tanış dizayner dəvətnamə çat elətdirib, dostu isə keşiş rolunu oynayıb. Mərasim barda başlanıb. «Gəlin» sevinc və kədərdə, valılıq və kasıblıqda, sağlam və ya xəstə olanda da özünü sevəcəyinə söz verib.

KİV-n məlumatına görə, 5 il əvvəl Cemima təhsil almaq üçün vətənindən gedib. İndi o, ədəbi yaradıcılıq istiqaməti üzrə Oksford (Britaniya) universitetinin magistraturasında oxuyur.

İnsan azadlığının dərəcəsinə bir baxın!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar