Əfqanıstanda 3 min nəfər dinc sakin 2018-ci ildə müharibənin qurbanı olub! - BMT

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 2018-ci ildə hərbi əməliyyatlar səbəbilə, Əfqanıstanda 2798 nəfər dinc sakin həlak olub, 5252 nəfər isə yaralanıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstana dəstək missiyasının çümə axşamı dərc olunmuş illik hesabatında söhbət açılır.

Hesabatda dinc sakinlərin həlak olmasının 3 əsas səbəbi önə çəkilir: əldəqayırma bombanın parğlaması və kamikadze-terrorçuların fəaliyyəti, yerüstü silahlı qarşıdurma və dinc sakinlərin məqsədyönlü şəkildə öldürülməsi. Daha bir səbəb kimi, hökumət qüvvələrinin hava və yerüstü axtarış əməliyyatları, partlamamış mərmilər göstərilir.

Sənəddə o da qeyd olunur ki, ötən illə müqayisədə zərər çəkmişlərin sayı 3,0 faiz azalsa da həlak olanların sayı 5,0 faiz artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar