İndoneziyada 6 maqnituda gücündə zəlzələ baş verib

İndoneziyanın Yava adası sahillərində 6 maqnituda gücündə zəlzələ baş verib.“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri dənizdə, Surabaya şəhərindən 184 km şərqdə qeydə adınıb.

Bildirilir ki, zəlzələ Bakı vaxtı ilə 22:44-də olub və təbii fəlakətin ocağı 30 km dərinlikdə yerləşib.

Sentyabrın sonunda Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində 2 minə yaxın insan həyatını itirib.

Avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar