Netanyahu istintaqa cəlb olunub - 26 milyon dollar rüşvət aldığı üçün 

İsrail polisi korrupsiya işi üzrə 12-ci dəfə ölkənin baş naziri Benyamin Netanyahunu dindirib. İsrailin hökumət başçısının adı "3000 saylı iş" üzrə bilavasitə fiqurant kimi hallanmasa da, onun Almaniyanın gəmiqayırma şirkətləri ilə əlaqələri olan şəxsi vəkilli David Şimronun adı şübhəlilərin siyahısındadır.

Netanyahu vəkilinin Almaniyanın sənaye şirkətləri ilə əlaqələrinin olmasından xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, "Delfin" tipli üç sualtı-qayığın alınması ilə bağlı qərarı tam şəffaf olub və heç bir şəxsi səviyyədə olan münasibətlər bu qərarın qəbul olunmasına təsir etməyib.

Qeyd edək ki, İsrail baş nazirinin adı, bundan başqa "1000 saylı" cinayət işində hallanır. Həmin istintaqa görə Netanyahu işgüzar dairələrdən, ümumilikdə 300 min dollar məbləğində hədiyyələr qəbul etməkdə şübhəli bilinir.

Baş nazir 5 oktyabr tarixində 4,5 saat ərzində dindirilib. "Netanyahunun sorğusu baş nazirin Qüdsdəki iqamətgahında 4,5 saat çəkib" — "Kan" televiziyası məlumat yayıb.

Netanyahu və ailəsi biznesmenlərdən ümumi dəyəri 26 milyon dollardan artıq olan hədiyyələr almaqda şübhəli bilinirlər. Bir sıra yerli televiziya kanallarının məlumatına görə, bu ilin yanvarın 2-dəki sorğu-sual da baş nazirin iqamətgahında aparılıb. Məlumatlara görə, polisdə həm ölkə daxili, həm də bir sıra xarici ölkələrdə məsələylə bağlı bir sıra sübutlar var.

Xüsusilə də amerikalı biznesmen Ron Lauder kostyum və baş nazirinin oğlu Yairin xarici səfərlərinin maliyyələşdirilməsi də daxil olmaqla Netanyahuya müxtəlif hədiyyələr verdiyini bildirib. Polis şübhələnir ki, bu hədiyyələrin dəyəri Lauderin dediyindən xeyli çox ola bilər. Netanyahu ittihamları rədd edir və eyni ittihamlarla bağlı bundan əvvəlki işlərin heç bir nəticə vermədiyini xatırladır.

Bu ilin avqustunda isə İsrail polisi apardığı korrupsiya araşdırmasında baş nazir Binyamin Netanyahunun həyat yoldaşı və oğlunun rüşvət aldığı şübhəsi olduğunu açıqlayıb.

Polis həmin vaxt Netanyahunu Qüdsdəki Baş Nazirin iqamətgahında 4 saat ərzində sorğu-suala çəkmişdi. İstintaqın Netanyahunun həyat yoldaşı Sara və oğlu Yair Netanyahunun rüşvət aldığı nəticəsinə gəlindiyi bildirilib.

Eyni istintaq çərçivəsində daha əvvəl də baş nazir bir neçə dəfə ifadə verib. Baş nazir "Bezeq" media şirkətinə özü ilə bağlı yayım etməsi müqabilində maddi dəstək verməkdə şübhəli bilinir. Netanyahuya yaxın iki nəfər də bu istintaq çərçivəsində həbs olunub.

“Yeni Müsavat” xatırladır ki, İsrail mətbuatında ölkənin baş naziri Binyamin Netanyahunun adı tez-tez qalmaqallarda çəkilən oğlu Yairin Tel-Əvivdə getdiyi bir barda hesabı dostunun ödəməsi üçün atasının İsrail qazı məsələsində dostunun atasına “yaxşılıq etdiyini” söylədiyi bir səsyazma da yayılıb.

İsrailin ən böyük televiziya kanallarından olan Hadaşot, Yair Netanyahu ilə təbii qaz məsələləri ilə məşğul olan zəngin biznesmen Ori Maimonun oğlu Kobiyə məxsus olduğu bildirilən səsyazmada dostların hesabı kimin ödəyəcəyi məsələsində mübahisə elədiklərini eşidilir.

Netantahunun oğlu Yair dostuna xitab edərək deyir: “Qardaş, sən mənim üçün xərcləməlisən. Atam sənin atan üçün əla bir razılaşma əldə elədi, Knessetdə (İsrail parlamenti) bunun üçün mübarizə apardı. Qardaş, atam sənin üçün 20 milyon dollarlıq müqavilə təşkil elədi və indi sən mənim üçün 400 şekeldən (təqribən 198 manat) keçməzsən?”

İsrail mətbuatı Netanyahunun vəkilinin bu səsyazmanın yayılmasının qarşısını almağa çalışdığını, Yairin bara dövlətin verdiyi avtomobil və mühafizəçilərin müşayiəti ilə getdiyini yazıb. Yair Netanyahu bundan əvvəl İsraildəki solçulara sosial şəbəkələrdən nifrət dolu paylaşmalar ünvanladığına görə dəfələrlə tənqid edilib.

Baş nazirin özü isə korrupsiya məsələləri ilə bağlı 7 dəfə ifadə verib. Həyat yoldaşı Sara Netanyahu da dindirilib. Netanyahuya, “biznesmenlərdən rüşvət almaqda, özünün lehinə informasiyalar verməsi üçün bir media şirkəti rəhbəri ilə bazarlıq eləməkdə və Almaniyadan alınan sualtı qayıqlar məsələsində korrupsiya etməsi” ilə bağlı ittihamlar ünvanlanmışdı. İddiaları rədd edən Netanyahu, ölkədəki bəzi media quruluşlarını, lideri olduğu Likud partiyasını devirməyə çalışmaqda ittiham edir. Bu ittihamlar isbat edilsə, Binyamin Netanyahu vəzifəsindən istefa verə bilər

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar