“Tikilmiş stansiyalar tam gücü ilə işləmir” - İlham Əliyev

“İnfrastruktur layihələri ilə bağlı ilin sonuna nəzərdə tutulan bütün məsələlər öz həllini tapır. Qazlaşdırma 94 faizə çatıb, hədəf 95 faiz idi, ilin sonuna qədər biz buna nail olacağıq. Bu ilin sonuna qədər “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur”. Bunu Prezident İlham Əliyev dünən Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş iclasındakı yekun nitqində deyib.

Prezident bildirib ki, bu, bizim sistemimizə əlavə 400 meqavat enerji verəcək. Bu, çox böyük gücdür.

“Eyni zamanda, enerji sistemimizdə çox ciddi islahatlar, təhlil aparılır. Yay ayında baş verən o qəzanın səbəbləri tam araşdırılıb və müvafiq inzibati ölçülər götürülüb. İnvestisiya qoyuluşu, bizim enerji təsərrüfatının texniki vəziyyəti ilə bağlı çox ciddi addımlar atılıb, bu işlərə beynəlxalq məsləhətçilər cəlb edilib. Biz bu il və gələn il bu sahəyə əlavə vəsait ayıracağıq ki, həm generasiya güclərinin yaradılması, ötürücü xətlərin, yarımstansiyaların tam dayanaqlılığı təmin edilsin. Eyni zamanda, mövcud stansiyaların generasiya güclərinin artırılması üçün əlavə addımlar atılacaq. Çünki vaxtilə tikilmiş stansiyalar tam gücü ilə işləmir. Mənə məlumat veriləndə cədvələ baxıram ki, 80 meqavat nəzərdə tutulub, cəmi 15 meqavat işləyir. Bunları belə səmərəsiz şəkildə istismar ediblər ki, onların bəziləri demək olar ki, öz potensialını itirib. Biz bunları bərpa edəcəyik. Təbiidir, müəyyən qədər vaxt lazım olacaq. Ancaq bu sahədə tam yeni bir yanaşma olmalıdır. Biz bu gün də elektrik enerjisini ixrac edirik, bizdə kifayət qədər potensial var. Gələcəkdə özümüzü perspektivləri nəzərə alaraq təmin etməklə ixracımızı da artıracağıq”, -deyə dövlət başçısı vurğulayıb.

635x100

Şərhlər

Vətəndaş 2018-10-11 00:57:43

Doğru rəqəmlərdir və buradan maraqlı nəticələr çıxarmaq olur.Stansiyanın tam gücünə uyğun, yəni 80 mvt-a uyğun məsrəflər tam silinir,bunun 15 mvt-ı faktiki məsrəf olunur, qalam 70 mvt-a düşən məbləğ hissəsi isə qeyri müəyyən yollarla mənimsənilir.

TARİX 2018-10-11 00:57:43

CƏNAB PREZİDENT BİR COX MƏSƏLƏLƏRDƏ SİZƏ DÜZ MƏLUMAT VERMİRLƏR.QAZLAŞMA MƏSƏLƏSİNDƏ VƏZİYYƏT OLDUQCA ACANACAQLIDIR.XUSUSİLƏ KOPERATİV BİNALARIN QAZLAŞMASINDA.XAİŞ EDİRİK KOPERATİV BİNALARIN QAZLAŞMASINI DA ASSAN XİDMƏTƏ VERİLMƏSİNƏ GÖSTƏRİŞ VERƏSİNİZ.

Son yazılar