Yük maşını DSX zabitinin maşını ilə toqquşdu - 4 yaşlı qızı öldü

Dövlət Sərhəd Xidmətinin əməkdaşı azyaşlı qızı ilə birlikdə yol qəzasına düşüb.

Trend-in məlumatına görə, hadisə Cəlilabad rayonu ərazisində baş verib.

Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində Rusiya Federasiyasının Dağıstan vətəndaşı, 1986-cı il təvəllüdlü Maqomedov Maqomedqabib Omaroviç idarə etdiyi "Volvo" markalı 0156 TM 39 rus qeydiyyat nişanlı yük avtomobili Ələt istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfində dayanan, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, Astara Gömrük Buraxılış Məntəqəsində inspektor vəzifəsində işləyən Bakı şəhəri, Sabunçu rayon sakini, 1992-ci il təvəllüdlü Qasımov Cavid Elman oğlunun idarə etdiyi "VAZ 21124" markalı 10-UT-720 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində sürücü və onun qızı, 2014-cü il təvəllüdlü Qasımova Lalə Cavid qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

L.Qasımova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

635x100

Şərhlər

t.ədalət 2018-10-11 10:30:04

Ələt-Astara yeni yolunda təhlükəsizlik tədbirləri görülməyib.Hərəkət istiqamətlərinin iki xətlə çəkilməsi yolda təhlükəli vəziyyət yaradır.Ötüb-keçmə çox çətindir.İrəlidəki maşının kiçik bir manevri qəza yarada bilir.

Son yazılar