GƏNCLƏR ÖLÜMLƏ TƏHDİD EDİR VƏ ÜZR İSTƏYİRLƏR - Ukraynadakı azərbaycanlı gənclərin rüsvayçı görüntüləri (VİDEO)

Ukraynada azərbaycanlı gənclərin rüsvayçı videosu sosial şəbəklərdə geniş müzakirə mövzusuna çevrilib. YouTube kanalında yayılan videoda azərbaycanl gənclərin Kiyevdə bloggerləri hədələməsi səhnələri əks olkunub. Belə ki, Kiyevdə qanunsuz parklanma ilə mübarizə aparan bloggerlər azərbaycanlı tələbələrin qadağan olunmuş yerdə avtomobillərini saxlamasına etiraz ediblər. Nəticədə bloggerlər azərbaycanlı gənclərin kriminallara xas reaksiyası ilə üzləşib, ölümlə təhdid olunublar.

Gənclərdən biri isə Azərbaycanın Ukraynadakı səfirinin onun dayısı olduğunu bildirərək, bloggeri başına tapança dirəyəcəyi ilə hədələyib.

Hadisə ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyi açıqlama yayıb. Səfirlikdən azxeber.com-a verilən açıqlamada deyilir: Son günlər Ukraynada yaşayan bəzi soydaşlarımızın ölkə qanunvericiliyinin tələblərini pozaraq qeyri-adekvat addım atmaları ictimaiyyət arasında narazılığa səbəb olub. Xüsusilə, həmin insanların insident baş verən video-görüntüdə yalandan Azərbaycanın Ukraynadakı səfirinin yaxın qohumu olduğu barədə açıqlaması təəssüf hissi yaradır. Bildiririk ki, qeyd edilən şəxslərin hətta hər hansı qohumu səfirlikdə çalışmır.

Səfirlik Ukraynada yaşayan soydaşlarımıza ölkə qanunvericiliyinə hörmətlə yanaşmağı, ictimai yerlərdə Azərbaycanın imicini qorumağa, ölkəmizin zəngin mədəniyyətini, tarixini təbliğ etməyə çağırır. Bəyan edirik ki, məskunlaşdıqları ölkələrdə milli kimliklərini – adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruma və tanıtma, Vətənlə bağlılıqlarını itirməmə soydaşlarımızın üzərinə düşən vəzifələrdən birincisidir. Soydaşlarımız məskunlaşdıqları hər bir ölkənin mənəvi dəyərlərinin müxtəlifliyini özlərinin siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətlərində əsas amil kimi dəyərləndirməlidir. Azərbaycanın adını ləyaqətlə təmsil etmək vətəndaşlıq borcu olmaqla yanaşı, həm də Vətən qarşısında mənəvi öhdəlikdir.

Səfirlik olaraq biz bütün azərbaycanlılarla qarşılıqlı işləməyə hazırıq, qarşılaşdıqları haqsızlıqlar olduğu halda tolerant olmasını və dərhal səfirliyə müraciət etmələrini xahiş edirik!”

Bundan sonra bloggerlərin haqlı iradları qarşısında tərbiyəsizlik edən və təhdidlər yağdıran azərbaycanlı gənclərin Youtube kanalında yeni videosu yerləşdirilib. Bu videoda azərbaycanlı gənclər Ukrayna xalqından üzr istəyiblər.

Hər iki videonu təqdim edirik:

635x100

Şərhlər

G.M 2018-10-11 14:07:43

Anadan ``bazar uşağı`` doğulanlar hamısı bu gündədirlər.Başlarından yekə danışıb,boylarından ``uca tullanıb`` sonda da büzüşüb acizanə yalvarışdansa..əvvəldən ləyaqət nümayiş etdirmək çətin idimi..

Anar 2018-10-11 14:07:43

Allahiviza shukur edin ki sagsiz.kimse susursa o demek deyil ki,o qorxur.bunlarin sohbeti axirda lap Konorun doyushden sonraki vidine dushdu.

EJDER 2018-10-11 14:07:43

ESL AZERBAYCANLIDILAR,EYIB OLSUN SIZINCIN...HARADA OLSANIZ ,ORANI P...

Son yazılar