Avroittifaq ölkələri vətəndaşlıq satırlar! - Yüz milyonlarla qazanc əldə edirlər...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) 4 üzv dövləti özünün vətəndaşlığını satır, 12 üzv ölkə isə müvəqqəti yaşamaq üçün icazə ilə ticarət edir. Bu barədə «Transparency International» hüquq-müdafiə təşkilatının Aİ ölkələrində «investisiyalı vətəndaşlıq» proqramına həsr olunmuş hesabatında söhbət açılır.

Araşdırmaçılar müəyyən ediblər ki, vətəndaşlıq və öz ərazisində müvəqqəti yaşamaq üçün icazə ticarətindən ən çox qazanan ölkələr İspaniya, Kipr, Portuqaliya və Böyük Britaniyadır. Bu ölkələr hər il orta hesabla, uyğun olaraq 976 milyon avro, 914 milyon avro, 670 milon avro və 498 milyon avro qazanc əldə edirlər.

Sənədə əsasən, son 10 ildə Avropada bu yolla 6 min nəfərdən artıq yeni vətəndaşlar və demək olar, 100 min yeni sakin meydana gəlib, birbaşa xarici investisiyaların həcmi isə 25 milyard avro təşkil edib.

Hesabat müəllifinin sözlərinə görə, Aİ ölkələrində belə proqramların mövcudluğu korrupsiyaçılar və cinayətkarlar üçün Avropaya qapıları açır. Bu proqramlar bir çox hallarda şəffaf olmur və Aİ-da onlar üçün vahid standartlar və qaydalar yoxdur.

Proqramlardan sui-istifadə təhlükəsinin qarşısının alınması məqsədilə, hüquq müdafiəçiləri iddiaçıların və proqramların özlərinin yoxlanması üçün ümumavropa standartlarının yaradılmasını təklif edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar