Siklonun yaxınlaşması səbəbilə 300 min nəfər təxliyə olunub! - Hindistanda

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, güclü «Titli» siklonunun yaxınlaşması səbəbilə, çərşənbə günü Hindistanın Odişa ştatında 300 min nəfər təxliyə olunub. Siklonun Odişa və Andxra-Pradeş ştatları sahillərini cümə axşamı səhər saatlarında bürüyəcəyi gözlənilir.

«Hazırkı anda 300 min insan köçürülüb, belə ki, «Titli» siklonunun sabah saat 5-də ərazini vuracağı gözlənilir» - deyə, Odişa ştatının baş nazirinin dəftərxanası tərəfindən yayılan bəyanatda bildirilir.

Ştatın baş naziri yerli hakimiyyətə vəziyyəti nəzarət altında saxlamağı tapşırıb. Ştatın bir neçə dairəsində yerli operativ reaksiya qüvvələrinin əməkdaşları yerləşdirilib, bütün dairələrin fövqəladə reaksiya mərkəzləri gün ərzində fasiləsiz işləyəcək.

Xəbərə görə, yanğından mühafizə xidməti də hazır rejimdə olacaq.

635x100

Şərhlər

ayzek 2018-10-11 15:24:00

TSİKLONU DEYƏSƏN TRAMP GÖNDƏRİB.

Son yazılar