Dünyanın "aclıq lideri" bu ölkədir - 124 milyon insan aclıqdan əziyyət çəkir

Beynəlxalq Araşdırmalar İnstitutunun son hesabatında göstərilir ki, dünyada 120 milyondan artıq insan aclıqdan əziyyət çəkir. Müqayisə üçün deyək ki, bu rəqəm Rusiya əhalisinin sayından cəmi 20 milyon nəfər azdır.

Qurumun hazırladığı utancverici reytinq cədvəlində ilk yerləri Afrika ölkələri tutur. Bildirilir ki, aclıqdan əziyyət çəkən insanların əsas hissəsi Afrikada yaşayır. O da vurğulanır ki, iki il əvvəl bu göstərici 80 milyon nəfər olub.

Ən acınacaqlı vəziyyətin Çad, Haiti, Madaqaskar, Yəmən və Zambiya kimi Afrika ölkələrində müşahidə olunduğu bildirilir. "Aclıq liderinin" isə Mərkəzi Afrika Respublikası olduğu vurğulanır.

Hesabatda Şimali Koreya əhalisinin ərzaq təminatında ciddi problemlər müşahidə olunduğu qeyd edilir və ötən illə müqayisədə bu ölkənin aclıq səviyyəsinə görə, 27-ci yerdən 11-ci yerə endiyi göstərilir.

BMT məsələ ilə bağlı xüsusi bəyanat yayaraq bildirib ki, dünya birliyi kompleks addımlar atmasa, insanların kütləvi şəkildə aclıqdan tələf olması və miqrasiya dalğasının güclənməsi qaçılmaz olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar