“Səudiyyə Ərəbistanından suallarımıza cavab gözləyirik” - Tramp

“Amerikalı müfəttişlər də jurnalistlə bağlı hadisəni araşdırırlar”.“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” televiziyasına müsahibəsində deyib.

“Camal Qaşıqçıya nə olduğunu öyrənməyə məcburam. Bu məsələdə mövqeyimiz çox sərtdir. Orada müfəttişlərmiz var. Onlar Türkiyədə yerli müfəttişlərlə birlikdə işləyirlər. Açığı Səudiyyə Ərəbistanı ilə də əməkdaşlıq edirik. Nələr baş verdiyini aşkar etmək istəyirik”, - deyə ABŞ lideri vurğulayıb.

D.Tramp oktyabrın 10-da keçirdiyi mətbuat knfransında Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda itkin düşən jurnalsit Camal Qaşıqçı barədə açıqlama vermişdi: “Bu hadisənin daha dərindən araşdırılmasını istəyirəm. Səudiyyə Ərəbistanı hakimiyyətindən suallarımıza cavab gözləyirik. Bu hadisənin axıradək araşdıracağıq. Camal Qaşıqçının nişanlısını Ağ evdə görmək və qəbul etmək istəyirəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar