İlham Əliyev Qubada 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat ayırıb

Dərc olunub: 11/10/2018 - 18:24

ilham_aliyev_president_291217_2Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb.
“Report” xəbər verir ki, Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.


loading...




Fikrinizi bildirin